Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılmasına dair göstəriş verib

437

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılmasına dair göstəriş verib.

alpaninfo. com azərtac-a istinadən xəbər verir ki, Kim Çen In bu barədə xalqa müraciətində bildirib.

O qeyd edib ki, Koreya yarımadasında gərginliyə son qoymaq üçün Koreya xalqlarının səylərinin birləşdirilməsi vaxtı çatıb. “Söhbət təkcə Şimali Koreya-Cənubi Koreya münasibətlərinin yaxşılaşdırılmasından deyil, həmçinin xalqların barışığından, könüllü birləşmədən gedir”, – deyə Koreya Xalq Demokratik Respublikasının Mərkəzi Televiziyasının hazırladığı materialda qeyd olunub.