“Kia” – “Asiyadan doğulan”, “Hunday” – modern…

0
438

Uzaq məsafələri yaxınlaşdıran vasitələrdən biri də avtomobillərdir. Bir-birindən fərqli modelləri ilə həvəskarların zövqünü oxşayan avtomobil şirkətlərinin adlarının mənalarından çoxları xəbərsizdir. Bu yazıda avtomobil adlarının necə yarandığı öz əksini tapb.

– “Mitsubishi” avtomobillərinin istehsalçısı olan eyniadlı şirkət Yaponiyanın ağır sənaye şirkəti hesab olunur. Şirkət öz emblemini qədim yapon döyüşçüləri olan “samuraylar”dan götürüb. Emblem mitsu (üç) və bishi (almaz) sözlərinin birləşməsindən yaranıb.

– 1897-ci ildə avstriyalı tacir yarışda qalib gəldiyi avtomobilə qızı Mersedesin adını verir. Daha sonra şirkətin qurucuları Qotlieb Daimler və Karl Benz balaca qızın şərəfinə istehsal etdikləri avtomobilə “Mersedes-Benz” adını verirlər.

– “Mazda” avtomobillərinin üzərindəki emblem qanadları açılan qartalı xatırladır. Şirkət  adını Zərdüşt inancında müdriklik tanrısı olan Ahura Mazdadan götürüb.

– “Hunday” (“Hyundai”) şirkətinin adı Koreya dilində çağdaş, modern mənasını verir.

– Cənubi Koreyanın avtomobil istehsalçısı “Ssang Yong”un mənası “əkiz əjdaha”dır.

– Koreyanın ikinci böyük avtomobil istehsalçısı hesab olunan “Kia” adı “Asiyadan doğulan” mənasına gəlir.

– 1902-ci ildə ABŞ-da qurulan “Kadilak” (“Cadilac”) avtomobil şirkəti Detroit şəhərinin qurucusu fransız ixtiraçı Antoin de la Mose Kadilakın şərəfinə belə adlandırılıb.

– Yaponiyanın avtomobil şirkəti “Subaru” adını “Taurus”dan  (yaponcadan tərcümədə buğa bürcü mənasını verir) götürüb.

– “Dacia” şirkəti Rumıniyanın ən böyük avtomobil istehsalçılarından sayılır. Qeyd edək ki, şirkət adını Rumıniyanın antik dövrdəki adlarındandır.

– “Leksus” (“Lexus”) latın dilindən tərcümədə “qanun” deməkdir. Bu şirkət “Toyota”nın ən lüks avtomobil markası hesab olunur.

– Almaniya istehsalı “Volksvagen” (”Volkswagen”) alman dilində “xalq avtomobili” mənasını verir.

– “Audi” latın dilindən tərcümədə “eşitdim” deməkdir.

– “BMW”nin tam adı “Bayerische Motoren Werke” yəni Bavariya Motor Zavodu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here