Bu gün Topaz Premyer Liqada 8-ci tura yekun vurulub. Bu gün 2 qarşılaşma keçirilib. Günün ilk matçında “Sumqayıt” “Sabah”ı qəbul edib. 1:0 hesabı ilə qalib gələn “Sabah” turnir cədvəlində yenidən 3-cü pilləyə yüksəlib.
Turun son oyunu isə autsayderlər arasında olub. “Zirə” “Keşlə”nin qonağı olub. Rəqibini 1:0 hesabı ilə məğlub edən “Keşlə” bu mövsüm ilk qələbəsini qazanıb və 7-ci pilləyə yüksəlib.
21 oktyabr (bazar)
19:00.“Keşlə” – “Zirə” – 1:0
Qol: Denis Silva, 2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu
“ASK Arena”
17:00.“Sumqayıt” – “Sabah” – 0:1
Qol: Miloş Bosançiç, 36
Qırmızı vərəqə: Vurğun Hüseynov, 15 (“Sumqayıt”)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov
“Dalğa Arena”
20 oktyabr (şənbə)
19:00.“Qarabağ” – “Səbail” – 1:0
17:00.“Qəbələ” – “Neftçi” – 3:1
N | Klublar | O | Q | H | M | T/F | X |
1 | Neftçi | 8 | 6 | 1 | 1 | 16-6 | 19 |
2 | Qarabağ | 7 | 6 | 1 | 0 | 14-4 | 19 |
3 | Sabah | 8 | 4 | 1 | 3 | 6-8 | 13 |
4 | Səbail | 8 | 3 | 1 | 4 | 7-11 | 10 |
5 | Sumqayıt | 8 | 3 | 1 | 4 | 8-9 | 10 |
6 | Qəbələ | 8 | 2 | 2 | 4 | 10-11 | 8 |
7 | Keşlə | 7 | 1 | 2 | 4 | 6-10 | 5 |
8 | Zirə | 8 | 1 | 1 | 6 | 6-14 | 4 |