“Kayrat” – “Qarabağ” oyunu Moldovadan olan hakimlər briqadasına həvalə olunub

57

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Qarabağ” (Ağdam) oyununu idarə edəcək hakimlər məlum olub.

Qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Dumitri Muntyana olacaq. Ona Andrey Bodyan və Viktor Mardari kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vyaceslav Banari yerinə yetirəcək.

Noyabrın 4-də Almatı şəhərindəki “Ortalık” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.