Kasım-Jomart Tokayev: “Ölkələrimiz və xalqlarımız arasında əlaqələr həmişə çox sıx olub”

71

Gündəlikdə duran mədəni-humanitar məsələlər birgə səylərlə zənginləşir, bu da, əlbəttə, xalqlarımızın daha da yaxınlaşmasına kömək edir. Bu gün mən ölkəmizdə Azərbaycan mədəniyyəti ongünlüyünün keçirilməsi barədə təşəbbüs irəli sürdüm. Bu tədbirin populyarlığına heç bir şübhəm yoxdur, çünki xalqımız Azərbaycan mədəniyyəti üçün, sizin görkəmli incəsənət xadimləri üçün darıxıb.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında danışıb.

Bu tədbirin baş tutacağına və uğur qazanacağına əminliyini bildirən Qazaxıstan Prezidenti qeyd edib: “Bundan başqa, biz ölkələrimiz arasında mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək barədə razılığa gəldik. Biz minnətdarıq ki, Sumqayıt şəhərində küçələrdən biri qazax xalqının görkəmli nümayəndəsi Əhməd Baytursınovun adını daşıyır. Əlamətdar haldır ki, Əhməd Baytursınov 1926-cı ildə məhz burada, Bakı şəhərində keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayının nümayəndəsi olub. Mənim fikrimcə, bu fakt bir daha göstərir ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələr həmişə çox sıx olub”.