Karleton Universitetinin prezidenti: “Təhsil dəyəri azalmayan bir yatırımdır”

670
Bugün istənilən ölkənin, istənilən müəssisənin inkişafını ali təhsilli mütəxəssislərsiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan dünyada ali təhsilli olan maraq sürətlə artmaqdadır. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə ali təhsilə yiyələnmək üçün insanlar olduqca böyük vəsaitlər sərf edirlər. Ali təhsilə yüksək dəyər verən ölkələrdən birinin, Kanadanın bu sahədəki təcrübəsini sizlərlə paylaşmaq üçün Azərbaycanıdan uzaqda yerləşən məşhur Karleton Universitetinin prezidenti, xanım Rosean Runtedən aldığımız müsahibəni təqdim edirik.

 

– Kanadada təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında hökumətin rolu nədən ibarətdir?

– Kanadada ali təhsil əyalət hökuməti tərəfindən, həmçinin qrantlar və ianələr hesabına maliyyələşir. Universitetlər əyalət hökumətinə məruzə edir və o da bunun əsasında ehtiyac olarsa maliyyə proqramlarını təsdiq edir. Federal hökumət ali təhsil pilləsində tədqiqatları və təhsil müəssisələrinin inkişafını maliyyə cəhətdən təmin edir. Məsələn, Kanada İnnovasiya Fondu laboratoriyaların tikilməsinə havadarlıq edir və tədqiqatların aparılması üçün avadanlıqlar alır. Həm federal, həm də əyalət hökumətlərinin dəstəyi hesabına universitetlər xaric ölkələrdə də yüksək nəticələr əldə edirlər. Bundan əlavə, federal və əyalət hökumətləri ölkə üçün priotitet hesab olunan sahələrə maliyyə ayırırlar.

– Tələbələrin gələcək karyeraları ilə bağlı qayğıları olurmu?

– Gənc insanların almaq istədikləri təhsil sahəsinə ciddi yanaşmaları normaldır. Həmçinin ailələri zəngin olmayanların da gələcək işləri barəsində narahatlığı da normaldır. Son zamanlar bu mövzuya mediada daha tez-tez rast gəlinir. Bunu iki amillə izah etmək olar. İqtisadi dirçəliş hələ də davam edir və qəbul proqramları ali təhsildə iştirak dərəcəsini qaldırıb. Deyildiyi kimi, belə bir fakt var ki, əksər universitet və kolleclər təhsildən sonra işlə təmin edirlər.

İncəsənət dərəcəsinin işə tətbiqinin mübahisəsi sual məcmusudur. Orada bir neçə cavablar vardır. Birincisi, universitet təhsili düşünməyi, təşkil etməyi, analiz etməyi, ünsiyyət qurmağı öyrənmək və istənilən miqdarda iş imkanlarını öz üzərinə götürə bilməkdir. Bu tibbi və ya qanuni təlim kimi xüsusi iş deyil. Bu məzunlara bir deyil bir neçə iş qazandırır. İkincisi, əgər bir kəs oxuya-oxuya məşğuliyyətini artırmaq  istəyirsə, edə bilər. Karleton Universitetində bütün proqramlar üzrə təcrübə keçirilir. Bu tələbələrə yararlı iş təcrübəsi təklif edəcəkdir. Onlar shibkarlıqda kiçik bir şey edib, öz bizneslərini necə qura biləcəklərini öyrənə bilirlər. Onlar ünsiyyət proqramlarında idarəetmə və marketinq kurslarını əlavə edə bilərlər. Beləliklə universitetin tədrisinə uyğun tətbiqatları vardır.

– Məzunların işsizliyi təhsilin keyfiyyətini azaldır və tələbələr proqramları necə seçməlidirlər?

– Mən qətiyyən razı deyiləm. Proqramların keyfiyyəti aydındır və yüksək dərəcədə ümumi iqtisadi elementlərdən asılı olan məzuniyyətdən sonrakı iş nəticəsindən fərqlidir. Kanadada bütün universitetlərin keyfiyyəti çox yaxşıdır və tələbələr istənilən universitetdə əla təhsil alacaqdır. Tələbə fərdi olaraq nə qədər çox işləsə, o qədər də uğurlu olar. Mən doğrudan da düşünürəm ki, tələbə öz istəklərini gerçəkləşdirməkdə qətiyyətli olmalıdır və bu zaman qalib gələcəkdir.

– “Karleton”da məzunlara iş tapmaqda necə köməklik göstərilir?

– Tələbələrə öz güc və istedadlarını müəyyən edə bilməklərində köməklik üçün məsləhətlər verilir. Onlara sağlam, akademik məsləhətlər verilir. Karyera məsləhətçiləri vardır, hansı ki, onlara tərcümeyi-hal yazmaqda və müsahibələrə hazırlaşmaqda köməklik edir. Kampusda iş sərgiləri keçirilir. Tələbələrin işə atılmaları və karyeralarına doğru irəliləmələrində yardım edən aktiv monitorinq proqramı vardır. Fakültə tələbələrin tədqiqatlara başlamasını və texniki bacarıqlarını inkişaf etdirməklərini dəstəkləyir. Orada yazı, ünsiyyət, kompüter və riyazi bacarıqların inkişafı proqramı da vardır. Tələbələri beynəlxalq yarışlara aparan təşkilat və klubları vardır və onlar bu yollarla bacarıqlarını təcrübədən keçirdirlər. Biz beynəlxalq mübadiləyə və xərclərin müxtəlifliyinə həvəsləndiririk.Tələbələrə cəmiyyətdə könüllük təəssüratlarını əks etdirən CCT (co-curricular transcript) verilir və bu həmçinin onların iş bazarında özlərini tapmaqlarında kömək olur.

– Kanadada təhsil xərcləri yüksəkdirmi? Aşağı gəlirli ailələr bunu necə ödəyir?

– Kanadada təhsil xərcləri Amerika və Böyük Britaniyadakından az, lakin digər ölkələrdən yüksəkdir. Bəzi təqaüdlər vardır. Tələbələr təhsil aldıqları müddətdə işləyə də bilirlər. Mən həmişə təhsilə özlüyündə bir yatırım kimi baxıram. Bundan daha vacib bir yatırım ola bilməz. O dəyəri azalmayan bir yatırımdır.

– Universitetlərin iş dünyasına, yoxsa iş dünyasının universitetləri ehtiyacı var?

– Hər ikisinin bir-birlərinə ehtiyacı var. Əlaqə qarşılıqlıdır. İş dünyasının yaxşı işçiyə ehtiyacı var. Universitet məzunlarının da yaxşı işə. Busines kreativ düşüncə və möhkəm tədqiqata əsaslanan güclü IP ilə inkişaf edir. Universitetlər öz işlək İP-lərini görmək istəyirlər və mümkün olan əlavə tədqiqatlardakı yatırımlardan bəzi gəlirlərə ehtiyac duyurlar. Biznes universitet təhsilini təklif edən cəmiyyətdə var olduqda çiçəklənir və bütün bu iniversitetlər mədəniyyət və intelektual tədbirlərdən idman tədbirlərinə kimi, məktəblərdə təhsili yaxşılaşdırmaq üçün işləyən könüllülərdən ətraf mühitdə işləyənlərə kimi olan cəmiyyətə bir töhvədir. Universitetlər bu fəaliyyətləri təklif edən biznes sponsorluğunu qiymətləndirir (bu öz növbəsində şirkətlər üçün yaxşı təbliğat deməkdir).

– Universitet və biznes arasındakı əlaqə necə olmalıdır? Hansı tərəf güclü əlaqə yaratmaqda daha maraqlı olmalıdır?

– Əlaqə çox yüksək və dəstəkləyici olmalıdır. Universitet ictimaiyyətinin özlərinin biznesi ola bilər və ya biznes üçün müraciət edə bilərlər. Karletonda tələbələr son illərdə 185 şirkət açıblar və yerli və eləcə də xarici ictimaiyyətdə uğurlu biznes adamlarının məsləhət və rəhbərliklərindən yararlanıblar. Universitet ictimaiyyəti üzvləri öz təcrübələrini bizness kollegiyalarına veririlər. Biznes liderləri universitet heyətinə və məsləhət komitələrinə xidmət göstərirlər. Onlar köməkçi professorlar kimi xidmət göstərirlər və universitetin tədris planını təcrübələrilə təmin edirlər.

– Kanadada “gözəl iş” nə deməkdir?

– Düşünürəm ki, ümumilikdə, bu, bir insanın öz biliyini, istedad və bacarığını istifadə edə biləcəyi, inkişaf və üstünlük üçün imkanlar təklif edən və insana öz komfortunda yaşamaq imkanı verən bir iş deməkdir.

Elvin Əliyev