Karen Şahnazarov: Qarabağ Azərbaycandır!

46

Sülh sazişinin imzalanması həm Ermənistan, həm də Azərbaycan üçün çox əhəmiyyətli bir addım olacaq. alpaninfo.com axar.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni əsilli rusiyalı rejissor Karen Şahnazarov Rusiya mətbuatına müsahibəsində səsləndirib.

“Mən dəfələrlə demişəm ki, nəinki sülh sazişinin, həm də iki ölkə arasında bütün əlaqələrin – iqtisadi, mədəni və ümumiyyətlə, dostluq əlaqələrinin qurulmasının tərəfdarıyam. Ermənistan və Azərbaycan iki kiçik respublikadır, əlbəttə, onlara mehriban qonşuluq münasibətləri gərəkdir. Mənə elə gəlir ki, son nəticədə hər şey buna doğru gedir”, – deyə o qeyd edib.

Rejissorun sözlərinə görə, Ermənistan tərəfi etiraf etməlidir ki, Qarabağ Azərbaycanın bir hissəsidir:

“Bunu dərk etməsək heç nə alınmayacaq. Vəziyyətin incəliyi ondan ibarətdir ki, Ermənistan faktiki olaraq heç vaxt rəsmi səviyyədə bu faktı inkar etməyib. Paşinyan bu yaxınlarda hətta az qala açıq şəkildə bildirib ki, Qarabağ heç zaman ermənilərin olmayıb. Rusiya da inkar etmir ki, Qarabağ Azərbaycanın bir hissəsidir. De-fakto nə varsa, de-yure təsdiq edilməlidir. Ermənilərə bununla barışmaq lazımdır”, – deyə Şahnazarov vurğulayıb.