Kadırov Zabit Səmədovu təbrik etdi

354

Çeçenistan prezidenti Ramzan Kadırov Zabit Səmədovun Belarusdakı qələbəsi barədə danışıb. Kadırov üçüncü raundda Yevgeni Orlov üzərində nokautla qələbə qazanmış Səmədovu təbrik edib: “Biz böyük maraqla Çeçenistan Respublikasının “Axmat” klubunun təmsilçisi və yetirmələrinin görüşlərini gözləyirdik. Şadam ki, əziz qardaşlarımız – Zabit Səmədov, Sayfulla Xambaxadov, Süleyman Kosumov, Əbdül-Əziz Yusifov gözəl və həmişəki kimi inamlı qələbə qazandı.

Əminəm ki, bütün döyüşlər tamaşaçıların xoşuna gəldi. Əziz qardaşlarım – Zabit Səmədova və Çeçenistan Kikboksinq Federasiyasının prezidenti, Çeçenistan üzrə Rusiya Pensiya Fondu İdarəsinin rəhbəri Moxmad-Əmi Əhmədova əla səviyyədə turnir təşkil etdiklərinə görə təşəkkürümü bildirirəm. Bütün qalibləri gözəl nəticələrə görə təbrik edirəm. Onlara xoşbəxtlik və daha çox uğurlar arzulayıram!”(oxu.az)