Kabildəki partlayışlar nəticəsində həlak olanların sayı 100-ü ötüb

43

Kabildə terror aktları 100-dən çox adamın ölümünə səbəb olub.

azərtac “The Wall Street Journal”ın saytına istinadla xəbər verir ki, Kabil hava limanında baş verən partlayışların qurbanlarının 90 nəfəri əfqan, 13-ü Amerika hərbçiləridir.

Bildirilib ki, cümə axşamı, Kabil hava limanının yaxınlığında iki intihar hücumu baş verib. Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı hadisəni qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.

Qeyd edək ki, avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan “Taliban” hərəkatı hakimiyyəti ələ keçirib. Hazırda onlar Pəncşir əyalətindən başqa bütün ölkə ərazisinə nəzarət edir. Ölkə Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün öz postunu tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb. Qərb ölkələri isə öz vətəndaşlarını və səfirlik əməkdaşlarını Kabildən təxliyə edir.