“Kərgədan buynuzu” nümayiş olunub

11dekabr tarixində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənət Universitetinin (ADMİU) “Kərgədan buynuzu” tamaşası nümayiş olunub. Maqsudİbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanantamaşaya Dram rejissoru ixtisasının rus bölməsinin IV kurs tələbələri FəridəNesterenko, Bella Klimaşeva, Yuriy Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərlivə Tamerlan Əsədov quruluş veriblər.

ADMİU-nunƏdəbiyyat və dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professorFəridə Səfiyevanın layihəsi əsasında hazırlanan tamaşada Teatr sənəti fakültəsininTeatr və kino aktyoru ixtisasının rus bölməsi üzrə II və IV kurs tələbələriSamirə Rüstəmova, Mir Qabil Əkbərov, Turanə Heydərli, Mariya Dubovitskaya,Milana Sokolenko, Zaur Terequlov, Yuri Omelçenko, Səbinə Rzayeva, CoharAbdullayev, Elnur Rzayev, Ümid Ababszadə, rejissor tələbələr Cahandar Cəfərli,Tamerlan Əsədov, eləcə də S.Vurğun adına Rus Dram Teatrının aktyoru, Əməkdarartist Maqsud Məmmədov çıxış edib.  

Tamaşadaaktyorların səhnə danışığı ilə Xalq artisti Ayan Mirqasımova və Əməkdar artistAzad Şükürov məşğul olub. Səhnə əsərinin plastik həlli Xalq artisti Pərviz Məmmədrzayevə,musiqi tərtibatı Aysel Əzizovaya aiddir.

Xalq artisti, professor Cənnət Səlimovanın və Əməkdar artist Sonaxanım Mikayılovanın rəhbərlik etdiyi kursların tələbələrinin birgə hazırladıqları tamaşa seyrçilər tərəfindən alqışlarla qarşılanıb.