Kərəm Həsənov Naftalanda vətəndaşları qəbul edib

571

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Naftalanda vətəndaş qəbulu keçirib. Qəbulda Naftalan, Goranboy, Bərdə, Ağdam, Tərtər, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Müraciətlərin bir hissəsi daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı olub. Vətəndaşların bir qismi özəlləşdirməyə çıxarılmış dövlət əmlakının, icarə əsasında istifadə etdiyi daşınmaz əmlak obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müraciət edib. Pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı, belə torpaqlarda sərhədlərin dəqiqləşdirilməsi məslələri ilə bağlı müraciətlər də bildirilib.
Qəbulda səsləndirilən bir sıra müraciətlər komitə sədri tərəfindən verilən göstərişlər nəticəsində həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub. Araşdırılması vacib olan müraciətlər isə qeydiyyata alınıb.
Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi tədbirlərindən söz açan komitə sədri Azərbaycanda böyük özəlləşdirmə prosesinə start verildiyi, özəlləşdirmə prosesinin sürətləndirilməsində mühüm yeniliklərin və müasir yanaşmaların tətbiqini vurğulayıb. Komitə sədri, eyni zamanda, qəbulda diqqətə çatdırıb ki, özəlləşdirmə prosesində mühüm yenilik kimi Özəlləşdirmə portalı üzərindən onlayn məsləhət almaq imkanları da yaradıldığını diqqətə çatdırıb.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinə baxılıb.
Esmira Hidayətova, Naftalan