Kənd təsərrüfatı məhsulları ucuzlaşıb

0
494
Bu ilin may ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 2,4%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,7% artıb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə eyni səviyyədə qalıb. 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin may ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 2,7% bahalaşıb, metal filizlərinin hasilatı üzrə 2,3%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 0,1% ucuzlaşıb.

May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri qida məhsullarının istehsalı üzrə 1,9%, kağız və karton istehsalı üzrə 1,7%, kimya sənayesi üzrə 0,5%, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,1% ucuzlaşıb, kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 11,5%, elektrik avadanlıqlarının istehsalı üzrə 4,0%, metallurgiya sənayesi üzrə 1,3%, içki istehsalı üzrə 1,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,9%, tikinti məmulatlarının istehsalı və mebel istehsalı üzrə 0,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,4%, ağac emalı və ağac məmulatlarının istehsalı üzrə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

Statistika Komitəsindən verilən digər bir xəbərə görə, may ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,8%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 3% bahalaşıb. Birillik bitkilərdən pomidorun istehsalçı qiymətləri 0,7%, kartofun və baş soğanın 0,1%, lobya dəninin 3,1%, yoncanın istehsalçı qiymətləri 4,7% bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1,9%, kələmin 1,2%, göyərtilərin 1,4%, xiyarın 10,1%, baş sarımsağın 1,2%, göy soğanın 0,4%, quru otun istehsalçı qiymətləri isə 0,9% ucuzlaşıb.

Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 19,3% bahalaşıb, fındığın istehsalçı qiymətləri 4,9%, limonun istehsalçı qiymətləri 1,7% ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,3%, südün istehsalçı qiymətləri 2,6% bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,6%, camışın 2,6%, mal ətinin (diri çəkidə) 1,0%, diri ev quşlarının 3,7%, quş ətinin (diri çəkidə) 14,9%, yumurtanın 7,1%, təbii balın istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here