Kəlbəcərli meşəbəyi: O günlərin həsrətindəyəm

0
72

Dağlar qoynunda yerləşən Kəlbəcər rayonu sıx meşələri ilə seçilib. Düşmən isə bu cənnəti məhv etməyə, oksigen mənbəyini tələf etməklə oranı tərk edir. Gənc yaşlarından doğma rayonunda meşəbəyi işləyən Vaqif İmanov bildirir ki, onun nəzarət elədiyi meşəlik ərazilər qiymətli ağaclarla zəngin olub. O, öz əlləri ilə əkib-becərdiyi ağaclarə düşmən hazırda yandırıb məhv etməyə çalışır. Amma Vaqif kişi yaşının bu cağında ora qayıdıb yenidən həmin meşələri bərpa edəcəklərini bildirir.

 

Müsahibimiz Vaqif İmanov Mingəçevir şəhərində məskunlaşıb. Onunla həmsöhbət olarkən  bildirdi ki, düşmən yandırdığı ərazilər bizim kəndin, meşəsləridir: ”Qiymətli ağaclar vardı,onu da məhv edirlər. Çıxıb gedirlər, xainliklərindən  ev eşikləri də yandırlarar. Biz ora qayıdan kimi o meşələri bərpa edəciyik”.

Həmsöhbətimiz bildirir ki, qışda qarlı mənzərəsi, yayda sərin meşələri, bulaqları ilə seçilən Kəlbəcərə ölkənin bütün bölgələrindən insanlar axşardı. Çay kənarında çadırlar qurub təbiətin mənzərsini seyr edərdilər. Vaqif İmranov o illəri bu gün də unutmadığını deyir: ”Bizim  rayona respubilkann hər yerindən  dinclməyə gəlirdilər. Ağdam, Yevlax Gəncə camaatı ggəlib mən qoruyan meşənin yanında dincələrdilər. Mən də onlara yol göstərərdim. Meşədki quşların valehedici səsləri hələ də qulağımdan getməyib. Yenidən Kəlbcərimizə qayıdan günü indi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, sevincləri hədsiz olan kəlbəcərlilər doğma yurdlarına qayıtmağa tələsirlər.

Esmira Hidayətova, Mingəçevir