Julian Assanj 50 həftə həbs cəzasına məhkum edilib

London məhkəməsi WikiLeaks-in təsisçisi Julian Assanjı zamin buraxılış qaydalarını pozduğuna görə 50 həftə həbs cəzasına məhkum edib.

“Siz polisə könüllü şəkildə təslim olmamısınız, Ekvador səfirliyi polis əməkdaşlarının binaya daxil olmasına şərait yaradıb”, – deyə hakim Debora Teylor məhkəmədə bildirib.

Hakim eyni zamanda, Assanjın cəza müddəti ərzində heç bir cinayət törətmədiyi və nizamlı davrandığı təqdirdə cəzasının yarım ilə qədər endiriləcəyini bildirib.

Qeyd edək ki, Assanj uzun müddət Ekvador səfirliyində gizlənmiş və daha sonra axtarışa verilmişdi. Aprelin 11-də isə zamin buraxılış şərtlərini yerinə yetirmədiyi üçün saxlanılmışdı.