Joze Mourinyo Zlatan İbrahimoviçlə yolunu ayırır?

356

Joze Mourinyonun rəhbərliyi altında çıxış edən “Mançester Yunayted” oktyabrın 23-də “Çelsi”yə 0:4 hesabı ilə uduzdu. Noyabrın 3-də isə “qırmızı şeytanlar” Avropa Liqasının qrup mərhələsinin IV turunda İstanbulda “Fənərbağça”ya məğlub oldu – 1:2. Hazırda Mourinyonun komandası Premyer Liqada 10 oyundan 15 xalla səkkizinci, Avroliqada isə 6 xalla üçüncü pillədə qərarlaşıb. Təbii ki, bu uğursuzluğu həzm etmək Mourinyo üçün çox çətindir. Odur ki, o, komandada müəyyən dəyişikliklər etməklə vəziyyətdən çıxış yolu axtarır. Hətta təkliflə də çıxış edib. Onun qənaətinə görə, komandanın son oyunlardakı uğursuzluğu məhz heyətə transfer olunan futbolçuların alınmasından qaynaqlanır. Belə ki, portuqaliyalı mütəxəssis müqaviləsi mövsümün sonunadək qüvvədə olan və bu il heyətə cəlb olunan hücumçu Zlatan İbrahimoviçlə, o cümlədən müdafiəçi Matteo Darmian, Markus Roho, Fil Cons, yarımmüdafiəçi Bastian Şvaynştayger, Morqan Şnayderlin, Maykl Kerrik, Eşli Yanq, habelə hücumçu Memfis Depaylə yollarını ayırmaq niyyətindədir. Qeyd edək ki, yayda “Mançester Yunayted” dörd oyunçu – Zlatan İbrahimoviç, Henrik Mxitaryan, Erik Bayi və Pol Poqbanın alınmasına 145,7 milyon funt sterlinq xərcləyib.