İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100 nəfərə çatıb

196

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Hadisə nəticəsində xəsarət alan 147 nəfərin müalicəsi davam edir.

Bölgədə 10 min 287 bina araşdırılıb. Onlardan 124-nün ağır, 119-nun orta, 730-nun isə az zədəli olduğu müəyyən ediıib.

Beş binada axtarış-xilasetmə işləri davam edir.