İzmir məhkəməsi rahib Branson qərarını açıqladı

0
478

İzmir şəhər məhkəməsi terrorçulara yardım etmək ittihamı üzrə həbs edilmiş amerikalı rahib Endryu Bransonu ev həbsindən azad etməkdən imtina edib. “Habertürk” telekanalının verdiyi məlumata görə, rahib Bransonun vəkili İsmayıl Cem Halavurt müvafiq vəsatət qaldıraraq hüquqlarını müdafiə etdiyi şəxsin azad edilməsini və ölkəni tərk etməsinə icazə verilməsini istəmişdi.

Bu, E. Bransonun həbsinə dair məhkəmə qərarını ikinci dəfə şikayət etmək cəhdi olub. İ.C. Halavurt məhkəmənin qərarını siyasi adlandırıb: “Bu məhkəmə işi ölkəmizə ciddi zərər vurur. Məhkəmə bu şəraitdə hüquqa əsaslanmış qərar qəbul etməlidir”.

Xatırladaq ki, amerikalı rahib 2016-cı ildən bəri Türkiyədə həbsdədir.