İxtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.

 

Bu barədə  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

 

Məlumata görə, 35995 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.