IX tura tarixi duellə yekun vurulacaq

370

Sabah Topaz Premyer Liqasında IX tura start veriləcək. 3 gün davam edəcək tura gələn həftə keçiriləcək qarşılaşmalarla yekun vurulacaq. İlk oyun günündə turun mərkəzi oyunu baş tutacaq. Turnir cədvəlinin ilk yarısında qərarlaşan “İnter”lə “Kəpəz” sonuncuların meydanında qarşılaşacaq. “Bankirlər”in xal itkisi “Qarabağ”ın onları keçməsi üçün imkan yaradacaq. Şahin Diniyevin yetirmələri isə 4-cü pilləni qorumaq, eyni zamanda liderlərə yaxınlaşmaq üçün turu itkisiz keçməlidi. “Kəpəz”in xal itkisi daha çox “Zirə”nin işinə yaraya bilər. Ötən mövsümün gümüş mükafatçısı 4-cü sıranı ələ keçirmək üçün paytaxt derbisində qalib gəlməlidi. Adil Şükürovun yetirmələri çempionatın autsayderi AZAL-la görüşə favorit qismində çıxacaq. Qonaqlar isə mövsümdə ilk qələbəsini qazanmağa iddialıdı.

Avropa Liqasının qrup mərhələsindəki təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” turun son günündə meydana çıxacaq. Sonuncular səfərdə “Sumqayıt”ın qonağı olacaq. Tura “Neftçi” ilə“Qarabağ” arasında prinsipial və tarixi duellə yekun vurulacaq. Exan Abdullayevin yetirmələri autsayderlər qrupunu tərk etmək üçün son 3 ilin çempionunu xalsız qoymalıdılar. Tarixinin ən ağır dövrünü yaşayan “Neftçi” ardıcıl 2-ci məğlubiyyətini alsa, durumunu daha da pisləşdirəcək. “Qarabağ” isə “İnter”in büdrəməsini gözləyib, 2-ci pilləni ələ keçirmək üçün xal itirməməlidi.

Topaz Premyer Liqası

IX tur

23 oktyabr (bazar)

14:30. “Kəpəz” – “İnter”
I dövrədəki oyun: 2:2

Gəncə şəhər stadionu

24 oktyabr (bazar ertəsi)

16:00. AZAL – “Zirə”
I dövrədəki oyun: 1:3

“AZAL Arena”

25 oktyabr (çərşənbə axşamı)

16:00. “Sumqayıt” – “Qəbələ”
I dövrədəki oyun: 0:2

Sumqayıt şəhər stadionu
19:00. “Neftçi” – “Qarabağ”
I dövrədəki oyun: 0:3

8-ci km qəsəbə stadionu

1 Qəbələ 8 6 2 0 20-1 20
2 İnter 8 4 4 0 13-8 16
3 Qarabağ 8 5 1 2 18-5 16
4 Kəpəz 8 2 4 2 7-8 10
5 Zirə 8 3 1 4 7-9 10
6 Sumqayıt 8 2 2 4 6-12 8
7 Neftçi 8 2 0 6 6-18 6
8 AZAL 8 0 2 6 3-19 2

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7