“İveco” markalı avtobusların marşrutları bəlli old

521

I Avropa Oyunları ilə əlaqədar Azərbaycana gətirilən “BakuBus” MMC-nin “İveco” markalı avtobuslarının marşrutları, hərəkət qrafikləri və qiymətləri müəyyən edilib.

“BakuBus”un saytına istinadən apa xəbər verir ki, “BakuBus” ictimai nəqliyyatında nağd ödəniş qəbul edilmir və vahid kart (BakıKart) tətbiq olunur (“BakıKart” beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən yeni elektron ödəniş kartıdır – red.).

Onu da qeyd edək ki, “BakıKart”-ın alınması və istifadə qaydası çox rahatdır. Belə ki, kartları metro stansiyalarındakı “BakıKart” terminallarından əldə etmək mümkündür. “BakıKart” terminalları yalnız nağd ödəniş qəbul edir və vahid sistemdə 2 növ kartdan istifadə olunur:

1. “BakıKart” – plastik kart, qiyməti 2 manat, bir gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda balansın artırılması mümkündür və kartlar geri qaytarılmır.

2. “BakıKart” – məhdud istifadə üçün. Kartın qiyməti 0,20 manatdır. Bu kart satın alındığı zaman isə 1,2,3 və 4 gediş yükləmək mümkündür. Bir gediş haqqının qiyməti 0,20 manatdır. Lakin bu növ kartların terminallarda balansının artırılması mümkün deyil və kart ilk istifadəsindən 45 gün müddətinə etibarlıdır.

“BakuBus”ın marşrut xətlərinə gəlincə, marşrut avtobusları aşağıda qeyd olunan müvafiq istiqamətlərdə:

1 nömrəli marşrut avtobusu – Koroğlu metro stansiyası – 28 May metro stansiyası;

2 nömrəli marşrut avtobusu – 20 Yanvar metro stansiyası – Azadlıq metro stansiyası, Ziya Bünyadov;

3 nömrəli marşrut avtobusu – Azadlıq metro stansiyası – Elmlər Akademiyası metro stansiyası;

4 nömrəli marşrut avtobusu – Nəriman Nərimanov metro stansiyası – Şah İsmayıl Xətai metro stansiyası;

5 nömrəli marşrut avtobusu – Nəriman Nərimanov metro stansiyası – 20 Sahə;

6 nömrəli marşrut avtobusu – Azadlıq metro stansiyası – 20 Sahə;

7 nömrəli marşrut avtobusu – Azadlıq metro stansiyası, Ziya Bünyadov – 20 Sahə;

8 nömrəli marşrut avtobusu – Azadlıq metro stansiyası – 28 May metro stansiyası;

9 nömrəli marşrut avtobusu – Nəriman Nərimanov metro stansiyası – “Caspian Mall”;

10 nömrəli marşrut avtobusu – Nəriman Nərimanov metro stansiyası – Azneft dairəsi;

11 nömrəli marşrut avtobusu – Nəriman Nərimanov metro stansiyası – Elmlər Akademiyası metro stansiyası;

12 nömrəli marşrut avtobusu – 20 Yanvar metro stansiyası – 20 Sahə;

13 nömrəli marşrut avtobusu – 20 Yanvar metro stansiyası – Koroğlu metro stansiyası;

14 nömrəli marşrut avtobusu – 20 Yanvar metro stansiyası – Şah İsmayıl Xətai metro stansiyası;

Ekspress Xətt H1 – Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərkəz və əks istiqamət üzrə hərəkət edəcək.

“BakuBus”un Heydər Əliyev adına Beynəlxalq Hava Limanından – Mərkəz və əks istiqamət üzrə “Ekspress Xətt”i iyunun 10-dan istifadəyə verilib. Marşruta əsasən, Heydər Əliyev Beynəlxalq Hava Limanı I və II terminallar önündən hərəkət edən avtobuslar Koroğlu metro stansiyasında bir dəqiqəlik qısa fasilə etməklə Səməd Vurğun bağında dayanırlar. Avtobuslar 30 dəqiqəlik intervala 24 saat xidmət göstərməkdədir və qeyd olunan xətt üzrə hərəkət edən avtobuslarda gediş haqqı 1,50 manatdır. Burada da nağd ödəniş qəbul olunmur, ödəmə kartlarını isə Heydər Əliyev Beynəlxalq Hava Limanı I və II terminalların çıxışında “BakıKard” terminallarından əldə etmək olar.

Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus marşrut üzrə hərəkət edən avtobus yalnız xüsusi təyin olunan dayanacaqlarda dayanacaq.

Xatırladaq ki, Fransa istehsalı olan “İveco” markalı avtobuslar “İveco Crealis” və “İveco Urbanway” olmaqla iki modeldən ibarətdir.