“İtkin koloniya”

0
431
Dünyada elə hadisələr baş verir ki, illər keçməsinə, elm və texnikasının inkişaf etməsinə baxmayaraq hələ də öz izahını tapa bilməyib. Səbəbi naməlum olaraq qalan həmin hadisələrin bəzilərini təqdim edirik.
“Mary Celeste”: 1872-ci il noyabrın 7-də “Mary Celeste” adlı gəmi Nyu-York sahilindən səyahətə çıxıb. Gəmidə kapitan Briqs, xanımı, kiçik qızı və əlavə 8 nəfərlik heyət olub. İstiqaməti İtaliya olan gəmi Cəbəllütariq boğazına çatanda gəmidə heç kəs olmayıb. Hərkəsin müəmmalı şəkildə yoxa çıxdığı gəmidə kapitanın gündəliyindən başqa bütün əşyalar yerində olub. Gəmidəki şəxslərdən indiyə qədər heç bir xəbər yoxdur.

Tunqus partlayışı: 1908-ci ildə Sibirin Podkamennaya Tunquska çayı hövzəsinə nəhəng meteorit düşüb. Partlayış o qədər güclü olub ki, mütəxəssislər bunun Xirosimaya atılan atom bombasından daha şiddətli olduğunu bildiriblər. Partlayış zamanı parlaq işıq müşahidə edilib və partlayışı 1000 km məsafədən eşitmək mümkün olub.

Taos uğultusu : Müxtəlif vaxtlarda ABŞ, İngiltərə və Şimali Avropada insanlar qeyri-adi uğultu eşidiklərini bildiriblər. Sonuncu dəfə 2011-ci ilin iyulun 10-da İngiltərənin Vudland qəsəbəsinin sakinləri 2 ay boyunca uğultu eşitdiklərini deyiblər. 1997-ci ildə sözügedən hadisəni araşdırmaq məqsədilə Nyu Mexikoda konqres təşkil olunsa da heç bir nəticə əldə edilməyib. Elm adamları hələ də şəhər uğultularının sirrini çözə bilməyib.

“Roanoke” koloniyası: 1587-ci ildə İngiltərədən Con Vaytın rəhbərlik etdiyi 121 nəfərlik bir qrup ABŞ-a köç ediblər. İngilislər Şimali Karolina sərhədinə daxil olan Roanoke adasında koloniya salıblar. Bir müddət sonra koloniyanın rəhbəri C. Vayt İngiltərəyə yola düşür. Bir neçə ildən sonra geri qayıdan C. Vayt fərqli mənzərə ilə qarşılaşıb. Belə ki, o, koloniyada qalan insanların birinə də rast gəlinməyib. 121 nəfərin müəmmalı şəkildə yoxa çıxdığı bu ada sonradan “İtkin koloniya” adlandırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here