İtaliyanın Dövlət Şurası Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə razılıq verib. RİA “Novosti” xəbər verir ki, beləliklə, Dövlət Şurası İtaliyanın cənubunda yerləşən Apuliya vilayətinin rəsmi etirazı rədd olunub. Son zamanlar vilayətin sakinləri TAP-ın tikintisinə qarşə etiraz aksiyaları keçirib. Dövlət Şurasının qərarı faktiki olaraq Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP-ın tikintisinə yaşıl işığın yandırılması deməkdir. Ümumi uzunluğu 520 km olan TAP Cənub Qaz Dəhlizinin davamı olaraq Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. İlkin mərhələdə TAP-ın buraxılış qabiliyyəti 10 mlrd. kubmetrdir. Sonrakı mərhələdə bu rəqəm 20 mlrd. kubmetrədək artırıla bilər. apa
Son xəbərlər
“İlin qızıl şagirdi”
Mingəçevirdəki Texniki-humanitar liseyin 5-ci sinif şagirdi Hüseyn Əhmədli Lütfi Zadə adına məntiq olimpiadasında Riyaziyyat / Məntiq bölməsində Respublika üzrə rəqiblərini geridə qoyaraq "Qızıl medal"...