“İtaliyanın avrozonada qalıb-qalmamasını vətəndaşlarımız həll etsinlər”

492

İtaliya avrodan imtina etməyə hazırlaşır

İtaliya yaxın vaxtlarda avrodan imtina məsələsini rəsmi şəkildə müzakirəyə çıxaracaq. Bununla bağlı artıq parlamentdə avrodan imtina ilə bağlı debatlar başlayıb. İtaliya parlamentinin deputatlar palatası sədrinin müavini, müxalifətdə olan “5 ulduz hərəkatı”nın sədri Luici Di Mayo adı çəkilən agentliyə verdiyi açıqlamada Avropada avrodan yalnız Almaniyanın xeyir gördüyünü söyləyib. Luici di Mayo: “Avro zonasına daxil olanda bizə dedilər ki, siz bundan ikiqat xeyir görəcəksiniz, az işləyəcək, çox qazanacaqsınız. Amma əksinə olub. İtaliya avrozonaya daxil olandan sonra milli sərvətimizin 25 faizini itirmişik. Amma biz artıq səhvləri düzəltmək istəyirik. Bununla bağlı ölkə əhalisi arasında avroya münasinbətdə referendum keçirmək niyyətindəyik. Qoy İtaliyanın avrozonada qalıb-qalmamasını vətəndaşlarımız özləri həll etsinlər”,-deyib.
Luici Di Mayo avrozonaya daxil olan ölkələrin iqtisadi baxımdan fərqli inkişaf səviyyəsində olduqlarını və ona görə də zəif inkişaf etmiş dövlətlərin güclülərin “yeminə” çevrildiyini və nəticədə onların tənəzzül keçirdiklərini vurğulayıb. O, İtaliyanın son illlərdə maliyyə böhranının ağır nəticələrini yaşamaqda olmasını da bu amillə əlaqələndirib və vəziyyətdən çıxış yolunun ölkəsinin avrozonanı tərk etməsi olduğunu bildirib.