İtaliyada zəlzələdə ölənlərin sayı 247-yə çatıb

İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 247 nəfərə yüksəlib. APA-nın məlumatına görə, bu barədə “France Press” agentliyinə xilasedicilər bildiriblər.

Bundan əvvəl 159 nəfərin öldüyü, 368 nəfərin yaralandığı açıqlanmışdı. İtkin düşənlərin dəqiqi sayı isə hələlik məlum deyil.

Xilasetmə işləri bütün gecə boyu davam edib.

Qeyd edək ki, avqustun 24-də gecə İtaliyanın mərkəzində 6 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Latsio vilayətinin Akkumoli şəhərinin yaxınlığına düşüb.

Yeraltı təkanlar nəticəsində Latsio, Umbri və Mark vilayətlərində dağıntılar olub.