İsveç NATO-ya üzvlük üçün rəsmi müraciət ünvanlayacaq?

62

Mayın 16-da İsveç parlamenti – Riksdaq NATO-ya üzvlük üçün müraciət edəcəyi ilə bağlı rəsmi qərarını açıqlayıb.

Bunu Baş nazir Maqdalena Andersson mətbuat konfransında deyib.

Xatırladaq ki, mayın 13-də Riksdaqda təmsil olunan siyasi partiyalar ölkədə hazırkı təhlükəsizlik vəziyyəti ilə bağlı rəsmi hesabatı ictimaiyyətə təqdim edib. Hesabata əsasən, NATO-ya üzvlük Krallığın təhlükəsizliyini gücləndirəcək.

Riksdaqın qərarından sonra İsveç yaxın günlərdə NATO-ya üzvlük üçün rəsmi müraciət ünvanlayacaq.