“İstək”də “Şou debat”

700

“Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun dəstəyi, Mingəçevir Regional Debat Mərkəzinin və Ağdaş “İstək” liseyinin təşkilatçılğı ilə “Şou debat” keçirilib. Tədbir liseydə baş tutub.

Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadənin rəhbərlik etdiyi hakimlər heyəti tərəfindən idarə olunan “Şou debat” şagirdlərin nəzəri cəhətdən mənimsədikləri debat formatının təcrübi şəkildə onlara göstərilməsi məqsədilə təşkil olunub.

Qeyd edək ki, bu tədbir “İstək” liseyləri arasında keçiriləcək debat forumuna hazırlıq xarakteri daşıyıb.

Esmira Hidayətova