İşsizlərin ən az və ən çox olduğu rayonlar

968

2017-ci il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 36,3 min nəfər olub, onların 37,2 faizini qadınlar təşkil edib. “Yeniavaz” Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, işsizliyə görə müavinətin orta məbləği 264 manat olub.

Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı – 16 min 696 nəfəri Bakı şəhərinin payına düşüb. Bakı şəhərindən sonra ən çox işsiz Mingəçevir, Sumqayıt, Gəncə şəhərlərində və Bərdə rayonunda qeydə alınıb. Mingəçevirdə işsiz statusuna malik şəxslərin sayı 1728, Bərdədə 1689, Sumqayıtda 1253, Gəncədə isə 866 nəfər olub. İşsiz statusuna malik insanların ən az olduğu rayonlar arasında isə ilk yerlərdə Daşkəsən, Füzuli, Xocavand, Xocalı və Naftalan rayonları dayanır. Açıqlanan rəsmi məlumata görə, Daşkəsəndə 9, Füzulidə 18, Xocavanddə 40, Xocalıda 40 və Naftalanda isə 46 işsiz insan var. Azərbaycanda işsiz statusuna malik insanların yaşamadığı rayonlar arasında isə Naxçıvan Muxtar Respublikasına daxil olan rayonlar yer alır. Muxtar Respublikaya daxil olan Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında bir nəfər də olsun işsiz statusuna malik insan yoxdur.

Rayonlar üzrə işsiz statusu və müavinət alanların sayı:

İşsiz statusuna malik olanlar, nəfər onlardan işsizliyə görə müavinət alanlar
Ölkə üzrə – cəmi 36 259 6 439
Bakı şəhəri – cəmi 16 696 2 672
Abşeron iqtisadi rayonu – cəmi 1 955 702
o cümlədən:
Xızı rayonu 134 11
Abşeron rayonu 568 154
Sumqayıt şəhəri 1 253 537
Gəncə-Qazax iqtisadi rayonu – cəmi 2 541 599
o cümlədən:
Gəncə şəhəri 866 195
Qazax rayonu 493 117
Ağstafa rayonu 166 19
Tovuz rayonu 203 77
Şəmkir rayonu 373 80
Gədəbəy rayonu 161 10
Daşkəsən rayonu 9 4
Samux rayonu 55 25
Göygöl rayonu 74 19
Goranboy rayonu 95 34
Naftalan şəhəri 46 19
Şəki-Zaqatala iqtisadi rayonu – cəmi 1 109 352
o cümlədən:
Balakən rayonu 235 73
Zaqatala rayonu 126 52
Qax rayonu 155 28
Şəki şəhəri 342 115
Oğuz rayonu 99 64
Qəbələ rayonu 152 20
Lənkəran iqtisadi rayonu – cəmi 1 059 195
o cümlədən:
Astara rayonu 101 10
Lənkəran şəhəri 324 107
Lerik rayonu 53 12
Yardımlı rayonu 74 14
Masallı rayonu 164 28
Cəlilabad rayonu 343 24
Quba-Xaçmaz iqtisadi rayonu – cəmi 1 373 317
o cümlədən:
Qusar rayonu 353 25
Xaçmaz rayonu 146 89
Quba rayonu 482 87
Şabran rayonu 204 53
Siyəzən rayonu 188 63
Aran iqtisadi rayonu – cəmi 7 819 986
o cümlədən:
Göyçay rayonu 608 88
Beyləqan rayonu 147 56
Ağcabədi rayonu 334 20
Bərdə rayonu 1 689 68
Neftçala rayonu 337 42
Biləsuvar rayonu 191 42
Salyan rayonu 130 31
Yevlax şəhəri 303 36
Mingəçevir şəhəri 1 728 158
Ağdaş rayonu 57 30
Ucar rayonu 48 14
Zərdab rayonu 61 14
Kürdəmir rayonu 472 62
İmişli rayonu 175 46
Saatlı rayonu 69 30
Sabirabad rayonu 406 53
Hacıqabul rayonu 510 46
Şirvan şəhəri 554 150
Yuxarı Qarabağ iqtisadi rayonu – cəmi 1 588 237
o cümlədən:
Cəbrayıl rayonu 377 96
Füzuli rayonu 18 5
Ağdam rayonu 727 80
Tərtər rayonu 339 24
Xocalı rayonu 40 10
Şuşa rayonu 47 8
Xocavənd rayonu 40 14
Xankəndi şəhəri
Kəlbəcər-Laçın iqtisadi rayonu – cəmi 1 431 237
o cümlədən:
Kəlbəcər rayonu 878 32
Laçın rayonu 161 45
Qubadlı rayonu 303 123
Zəngilan rayonu 89 37
Dağlıq Şirvan iqtisadi rayonu – cəmi 688 142
o cümlədən:
Qobustan rayonu 67 33
İsmayıllı rayonu 263 23
Ağsu rayonu 160 25
Şamaxı rayonu 198 61
Naxçıvan Muxtar Respublikası – cəmi