İspaniya Kralı: “Buna imkan verməyəcəyik”

0
327

İspaniya Kralı VI Felipe canlı yayımda xalqa müraciət edib. Kral Kataloniyanın yerli hakimiyyətini Konstitusiya qaydalarını pozmaqda ittiham edib. Hadisələri qanundan kənar adlandıran Kral VI Felipe baş verən hadisələri İspaniyanın vahidliyini pozmaq cəhdi kimi qiymətləndirib. “Bu şəxslər nəinki Kataloniyanın, bütünlükdə İspaniyanın iqtisadi və sosial sabitliyini pozmaq istəyirlər və biz buna imkan verməyəcəyik”, – deyə kral vurğulayıb.