İsmayıllıda yeraltı təkanlar qeydə alınır

261

Fevralın 6-da Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar əsasən yerli vaxtla saat 04:25-də qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.