İslandiya və İtaliya da dörddəbirə çıxdı

465

Avropa çempionatında son 1/4 finalçıların adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, gün ərzində baş tutan iki qarşılaşma ilə sona qalan 8 komanda tam olaraq formalaşıb.

Günün ilk matçında 1/8 finalın ən böyük maraq doğuran cütlüyü, İtaliya ilə İspaniya üz-üzə gəliblər. Futbol ictimaiyyəti tərəfindən erkən final olaraq təqdim edilən görüşü “skuadra azzura” qazanıb. 2 cavabsız qolla qalib gələn “mavilər”in heyətində Kyellini və Pelle fərqləniblər.

İngiltərə – İslandiya qarşılaşması isə çempionatın ən böyük sürprizinə səhnə olub. Tarixində ilk dəfə qitə birinciliyinin final mərhələsində çıxış edən “qeyzerlər ölkəsi”nin təmsilçiləri ilklərə imza atmaqda davam edirlər. 4-cü dəqiqədə hesabda geri düşməsinə baxmayaraq, özündə güc tapan və 12 dəqiqəyə iki qol vuraraq önə keçən İslandiya yekunda qələbə hesabını qoruyub-saxlaya bilib. İngiltərə isə son illərin ənənəsinə sadiq qalaraq daha bir böyük turniri uğursuzluqla başa vurub.

¼ finalda aşağıdakı cütlüklər qarşılaşacaqlar:

  1. Polşa – Portuqaliya
  2. Uels – Belçika
  3. Almaniya – İtaliya
  4. Fransa – İslandiya

İlk yarımfinal matçında birinci və ikinci cütlüklərin, ikinci yarımfinalda isə 3-cü və 4-cü cütlüklərin qalibləri qarşılaşacaqlar.