İŞİD Peterburqdakı partlayışı öz üzərinə götürdü

432

İŞİD terror qruplaşması Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə “Reuters” agentliyi xəbər verib. Bununla belə terrorçuların yaydığı açıqlamada heç bir dəlil-sübut gətirilmir. Dekabrın 27-də Sankt-Peterburqda mağazada partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər yaralanıb. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib. Ötən gün Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırıb.APA