“İŞİD-i tam məhv etmək üçün üç ay lazımdır”

525

İraq ölkə ərazisində fəaliyyət göstərən İŞİD terror qruplaşmasını üç ay ərzində məhv edəcək. Bunu İraqın baş naziri Heydər əl-Abadi deyib. Onun sözlərinə görə, bütün mövcud məlumatlar göstərir ki, İŞİD-i tam məhv etmək üçün üç ay lazımdır. İraqın baş naziri ötən ilin dekabrında ümid etdiyini bildirmişdi ki, 2016-cı il İŞİD üzərində yekun qələbə gətirəcək.