İŞİD hərbi gücünü artırır

472
İraq və Suriyaya aid hərbi müəssisələri ələ keçirən “İraq Şam İslam Dövləti” yeni silahlar ələ keçirib.
2 milyard dollarlıq sərvətə sahib olan İŞİD-in hətta xüsusi təyyarəsi də var. Suriyanın şimal hissəsində və İraqın üçdə birində nəzarət etdiyi torpaqlarda xilafət elan edən İŞİD-in ələ keçirdiyi silahlar təşkilatın gücünü artırmağa xidmət edir. Bazar günü Suriya ordusuna aid Tabka hərbi bazasını ələ keçirən terrorçular xeyli sayda döyüş texnikalarına sahib olub.

İŞİD-in yeni silahları dünya ictimaiətini narahat edir. İki milyard dollarla dünyanın ən zəngin terror təşkilatı olan İŞİD Suriya və İraqda ələ keçirdiyi hərbi zavodlarla gücünü daha da artırıb.

İŞİD-in Tabkada ələ keçirdiyi ən əhəmiyyətli silahlardan biri “SA-16”-dır. Bu silahlar 4,8 kilometr məsafəyə qədər roket ata bilir. Terror təşkilatının bu silahı helikopterləri və alçaqdan uçan mülki təyyarələri vurmaq imkanına malikdir.

“AIM-9 Sidewinder” raket sistemi də İŞİD-in döyüş silahlarındandır. Partlayıcı başlığa və infraqırmızı yol göstərici sistemə sahib olan bu silahlar ABŞ istehsalıdır. Bu silahın qiyməti təxminən 90 min dollardır.

Mütəxəssislərə görə İŞİD-in təxminən 30 dənə Sovet istehsalı “T-55” və 10 ədəd “T-72” döyüş tankı var. “Humvee” yüksək hərəkət qabiliyyətli hərbi texnikadır. ABŞ ordusunun bölgədən çıxarkən İraq ordusuna verdiyi bu texnika İŞİD-in Mosuldakı hərbi bazaları tutması ilə terrorçuların sərəncamına keçib. “Humvee”lərdən Türkiyə-Suriya sərhədində istifadə olunduğu məlumdur.

İŞİD-in əlində olan digər bir təhlükə kimyəvi silahlardır. Terrorçular İraqda Səddam Hüseyn dövründən qalma kimyəvi silah bazalarını ələ keçirsə də mütəxəssislərə görə, zavodlarda olan vəsaitlər təhlükə yaratmır. Çünki terrorçuların əlində kimyəvi silahdan istifadə edə biləcək mütəxəssis yoxdur.