“İş yerindən arayış” adlı yeni elektron xidməti istifadəyə verildi

0
492
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İş yerindən arayış” adlı yeni elektron xidməti istifadəyə verib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, nazirliyin fəaliyyət sahələrində informasiya texnologiyalarının tətbiqi prosesi genişlənir: “Artıq vətəndaşlar işəgötürənə müraciət etmədən, buna vaxt və vəsait sərf etmədən (nəqliyyat xərci) iş yerindən arayış əldə edə biləcəklər. Müxtəlif təşkilatlar tərəfindən vətəndaşlardan onların iş yerlərinə və əmək haqlarına dair arayışlar istənildiyi hallarda, onlar yeni yaradılan elektron xidməti vasitəsilə onlayn formada bunu əldə edə bilərlər”.

Nazir müavini qeyd edib ki, vətəndaşlar yeni elektron xidmətdən istifadə edərək ümumi təyinatlı və ya əmək haqqı göstərilmədən iş yeri haqqında arayış əldə etmək imkanına malikdirlər: “Bununla yanaşı, iki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışdığı halda vətəndaşa hansı iş yerinə dair arayışı təqdim etməsi üçün seçim imkanı da verilir”.

İ. İsayev artıq yeni xidmətin “Elektron Hökumət” portalında yerləşdirildiyini, eyni zamanda nazirliyin rəsmi internet saytının ön səhifəsində eyni adlı bölməyə daxil olmaqla “Elektron Hökumət” portalındakı həmin xidmətə keçidin mümkün olduğunu bildirib: “Artıq vətəndaşlar işəgötürənə müraciət etmədən, buna vaxt və vəsait sərf etmədən (nəqliyyat xərci) iş yerindən arayış əldə edə biləcəklər. Belə ki, müxtəlif təşkilatlar (dövlət və özəl qurumlar, banklar, məktəblər, bağçalar, səfirliklər və s.) tərəfindən vətəndaşlardan onların iş yerlərinə və əmək haqlarına dair arayışlar istənildiyi hallarda, onlar “İş yerindən arayış” adlı elektron xidməti vasitəsilə onlayn formada bunu əldə edə bilərlər”. Nazir müavini bildirib ki, vətəndaşlar yeni elektron xidmətdən istifadə edərək ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün, əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən iş yeri haqqında arayış əldə etmək imkanına malikdirlər. Bununla yanaşı, iki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışdığı halda vətəndaşa hansı iş yerinə dair arayışı təqdim etməsi üçün seçim etmək imkanı da verilir.

Tədbirdə bildirilib ki, belə bir e-xidmətin istifadəyə təqdim edilməsində məqsəd vətəndaşların real vaxt rejimində və rahat şəkildə arayış əldə edə bilməsinə, bu prosesdə yarana biləcək bürokratik və ya süründürməçilik hallarının aradan qaldırılmasına imkan yaratmaqdır. Həmçinin bu tədbir nəticəsində vətəndaşların qeyd olunan arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyatı şəxslərinə müraciət etmələrinə və kağız formasında arayışları almalarına, beləliklə, onların, eləcə də qeyd olunan şəxslərin müəyyən qədər vaxt və əziyyət sərf etmələrinə artıq ehtiyac qalmır.

Digər tərəfdən, müvafiq hallarda vətəndaş tərəfindən verilən arayışın düzgünlüyünün yoxlanılması üçün arayışın təqdim olunduğu qurumlar həmin sənəddə əksini tapan ştrix-kod vasitəsilə “Elektron hökumət” portalında olan “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə etməklə həyata keçirə bilər. Bununla, arayış təqdim edilən təşkilatlarda vətəndaşın fərdi məlumatlarının dəqiq göstərilməsinə əminlik yaranmaqla, bu və ya digər halda onlara saxta arayışların və qeyri-düzgün, şişirdilmiş şəkildə əmək haqqı məlumatlarının təqdim olunması halı tamamilə aradan qaldırılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here