İraqın Xarici İşlər Nazirliyi Türkiyə və İran hökumətlərinə müraciət edib

446

İraqın Xarici İşlər Nazirliyi Türkiyə və İran hökumətlərinə Kürdüstan regional vilayəti ilə nəzarət-buraxılış məntəqələrini bağlamaq və neft ticarəti ilə bağlı əməliyyatları məhdudlaşdırmaq çağırışı ilə müraciət edib. XİN-in müraciətində İraq hökumətinin Türkiyə və İranla ikitərəfli əməkdaşlıq və müştərək təhlükələrə qarşı birgə mübarizə aparmaq üçün mehriban qonşuluq, İraqın suverenliyinə hörmət çərçivəsində əməkdaşlıq etdiyi vurğulanır.

Xatırladaq ki, sentyabrın 25-də İraqın Kürdüstan regional vilayətində müstəqillik barədə referendum keçirilib. Rəsmi Bağdad referendumu qanunsuz hesab edib və səsvermənin nəticələri barədə regional hökumətlə danışıqlar aparılmayacağını bildirib. Eyni zamanda, qonşu dövlətlər – Türkiyə, İran, həmçinin ABŞ və BMT referendumun əleyhinə çıxıb.

Qanunsuz sayılan referendumdan sonra, sentyabrın 26-da İraq hökuməti vilayətin Ərbil və Süleymaniyə şəhərlərinin hava limanlarından bütün beynəlxalq uçuşlar dayandırılıb.