Konsulluğun əməkdaşları azad ediliblər

565

İraqda terrorçuların girov saxladıqları Türkiyənin Mosuldakı Baş konsulluğunun 49 əməkdaşı və onların ailə üzvləri sentyabrın 20-də səhərə yaxın azad olunublar.
Yerli mətbuat “İraq Şam İslam Dövləti” adı ilə fəaliyyət göstərən terrorçu qruplaşmanın iyunun əvvəllərindən girov saxladığı Türkiyə vətəndaşlarının azad edilməsi ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamasını yayıb.