İranı raketlərin sınağı Qərbi təşvişə salıb

470

Avropa Birliyindən (AB) İran tərəfindən həyata keçirilən ballistik raket sınaqlarına ilk reaksiya gəlib. AB rəsmisi Nabila Massrali Tehranı ballistik raket sınaqlarını keçirməkdən çəkinməyə çağırıb: “Avropa Birliyi İranın raket proqramından narahat olduğunu bildirir və ballistik raketlərin sınaqlarının qarşılıqlı etimada zərbə vurduğunu xatırladır”. Onun sözlərinə görə, İranın ballistik raketləri sınaqdan çıxarması BMT TŞ-nin 2231 saylı qətnaməsinə uyğun deyil: “AB İranın BMT TŞ-nin 2231 saylı qətnaməsini, o cümlədən üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirəcəyinə ümid edir”. Xatırladaq ki, İran yanvarın 29-da ballisitk raket sınağını keçirib və bu, Qərbdə narahatlıqla qarşılanıb.