“İranda 2015-ci ildə edam hökmü rekord həddə olub”

425

BMT-nin İnsan Haqqları Şurasının İran üzrə həmməruzəçisi Əhməd Şəhid bu şuraya verdiyi 11-ci hesabatında İslam Respublikasında 2015-ci ildə icra edilmiş edam hökmlərinin son 10 ilin rekord göstəricidə olduğunu bildirib.
“Horana” xəbər agentliyinin məlumatına görə Ə.Şəhir BMT-nin İnsan Haqqları Şurasının 31-ci sammitində çıxış edib: “İranda edamları izləyən təşkilatlar 2015-ci ildə İslam Respublikası tərəfindən təqribən 966 ilə 1054 edam cəzasının icra edildiyini təxmin edirlər və bu da son 10 il ərzində ən yüksək göstəricidir. Ən çox edam həmin ilin aprel-iyun ayları arasında icra edilmişdir. Demək olar ki, bu 3 ay ərzində orta hesabla hər gün 4 nəfər edam edilmışdir”.
Əhməd Şəhid İran hökumətinə etdiyi tövsiyədə onlardan yeniyetmələrin edamını və beynəlxalq standartlara əsasən elə də ciddi hesab olunmayan cinayətlərə görə çıxarılmış edam hökmlərini ləğv etməsini, eləcə də cinayət üzrə yenidən araşdırmalar aparılması üçün qanuni vaxtın təyin etməsini və daşqalaq etmə və insanların gözü qarşısında edam icrasını qadağan etməsini istəyib.
Bəhailərə qarşı tətbiq edilən təzyiqlər və represiyalar, ədalətli məhkəmələrin olmaması, işgəncə nəticəsində cinayəti qəbul etdirmə, müttəhimlərin karslarda saxlanılması, milli və dini azlıqların hüquqlarının pozulması və s.bu qəbildən olan məsələlər Əhməd Şəhidin hazırladığı 22 səhifəlik hesabatda öz əksini tapıb.
Mirəli Ağayev