İran və “altılıq” ölkələri danışıqların məxfilik səviyyəsini artırır

555
Lozannada İran və “altılıq” arasında keçirilən danışıqlar kritik mərhələyə keçir, danışıqların məxfilik səviyyəsi artırılır. “Biz mühüm qərarların astanasında dayanmışıq. Hazırda məsələnin məxfilik səviyyəsini qoruyub saxlamalıyıq. Təxribatlardan çəkinməyə çağırırıq. Bu nəticəyə çıxmaq üçün çox mühümdür”, – deyə mənbə bildirib.
“Nüvə proqramına dair danışıqlar bütün gecə boyu davam edəcək”

“Altılıq” və İran arasında nüvə proqramına dair danışıqlar bütün gecə boyu davam edəcək. Bu barədə İran XİN nümayəndəsi Həmid Bəyadinejad bildirib. Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri də danışıqlarda çətinliklərin qaldığını qeyd edərək diskussiyaların gecə boyu davam edəcəyini bildirib. “Bəli, biz müxtəlif səviyyələrdə danışıqları davam etdirəcəyik”, – deyə, o, müvafiq suala cavabında bildirib.

Danışıqların nazirlər səviyyəsindən başqa bütün səviyyələrdə davam etdirilir. Bundan əvvəl “altılıq” İran nümayəndələrinin iştirakı ilə bir plenar görüş,  İran nümayəndə heyətinin iştirakı olmadan isə iki görüş keçirib.

İran danışıqların uzadılacağını istisna etmir

İran “altılıq” ölkələri ilə ölkənin nüvə proqramına dair danışıqların uzadılacağını istisna etmir. Bu barədə İranın Nüvə Enerjisi Təşkilatının açıqlamasında bildirilib: “Hələlik heç nə razılaşdırılmayıb”. Bundan əvvəl ABŞ-ın dövlət katibi Con Kerri nazirlərin mübahisəli məsələləri gecə saatlarınadək müzakirə etmək niyyətində olduğunu bildirib.