İran qələbə qazandı

İyunun 15-də futbol üzrə XXI dünya çempionatının “B” qrupunun ilk oyunu keçirilib.

AZƏRTAC xəbər verir, 68 min tamaşaçı tutumuna malik “Sankt-Peterburq” stadionunda Mərakeş komandası İran yığması ilə üz-üzə gəlib. Oyunu türkiyəli hakim Cüneyt Çakır idarə edib.

Mərakeş millisinin start heyətində Munir El-Kajui, Mehdi Benatiya, Romen Saiss, Əşrəf Həkimi, Kərim Əl-Əhmədi, Həkim Ziyex, Amin Arit, Mbark Bussafa, Nurəddin Abrabat, Yunes Belanda və Ayub Əl-Kabi yer alıblar.

İran yığmasının ilk on birliyində Əli Beyranvand, Ruzbex Ceşmi, Monteza Purliqanjı, Ramin Reza, Ehsan Həcsəfi, Omid İbrahimi, Kərim Ansarifard, Sərdar Azmun, Vahid Əmiri, Məsud Şodjai, Əlireza Caxanbaxş meydana çıxıblar.

Komandaların qarşılıqlı səylərinə baxmayaraq birinci hissədə hesab açılmayıb.

Fasilədən sonra əsas vaxtın bitməsinə bir dəqiqə qalmış avtoqol qeydə alınıb. B.Əziz topu öz qapısından keçirib.

Beləliklə, İran millisi mundialda ilk qələbəsini qazanıb.

“B” qrupunun iyunun 15-də keçiriləcək digər oyununda Portuqaliya və İspaniya yığmaları qarşılaşacaqlar.

Qeyd edək ki, İran yığması ilk dəfədir iki dəfə dalbadal dünya çempionatına vəsiqə qazanır. İndiyədək dörd dəfə dünya çempionatında çıxış edən İran yığması onların hamısında mübarizəni qrup mərhələsində dayandırıb.

Mərakeş yığması isə sonuncu dəfə mundialda 20 il əvvəl təmsil olunub. Bu mundial Mərakeş milli komandasının qatıldığı beşinci dünya çempionatıdır. Mərakeşlilərin dünya çempionatlarında ən yüksək göstəricisi 1986-cı ildə səkkizdəbir finala yüksəlməyi olub. Həmin mərhələdə polşalılara 4:2 hesabı ilə məğlub olaraq mundialda mübarizələri dayandırıblar.

Dünya çempionatı

Qrup mərhələsi, I tur

15 iyun

 

B qrupu

Mərakeş – İran – 0:1

Qol: Aziz Buhadduz, 90+4 (avtoqol)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, “Krestovski” stadionu

 

Mərakeş: 12. El Kajui (q), 2. Əşrəf Hakimi, 5. Medhi Benatia (k), 6. Romain Saiss, 7. Hakim Ziyeş, 8. Karim El Ahmadi, 9. Əyub El Kaabi (20. Buhadduz, 78), 10. Yunes Belhanda, 14. Mbark Bussufa, 16. Nordin Amrabat (21. Sofyan Amrabat, 77), 18. Amine Harit (4. Manuel Da Kosta, 82)

Ehtiyat oyunçular: 1. Yasin Bunu (q), 22. Ahmet Taqnaut (q), 3. Hamza Mendil, 4. Manuel Da Kosta, 11. Faysal Fecr, 13. Xalid Butaib, 15. Yusuf Ait Bennaser, 17. Nabil Dirar, 19. Yusef En Nesri, 20. Aziz Buhadduz, 21. Sofyan Amrabat, 23. Mehdi Karsela

Baş məşqçi: Renar Herve

 

İran: 1. Ali Beyranvand (q), 3. Ehsan Hacı Safi, 4. Ruzbeh Çeşmi, 7. Mesud Şojaei (k) (17. Mehdi Taremi, 67), 8. Murtaza Puraliqanji, 9. Omid Ebrahimi (15. Peyman Muntaziri, 79), 10. Karim Ansarifard, 11. Vahid Amiri, 18. Alirza Cahanbaxş (14. Saman Qoddos, 84), 20. Sardar Azmun, 23. Ramin Rezaeyan

Ehtiyat oyunçular: 12. Raşid Mazahiri (q), 22. Amin Abedzade (q), 2. Mehdi Torabi, 5. Milad Mohammedi, 13. Muhammed Rza Xanzade, 14. Saman Qoddos, 15. Peyman Muntaziri, 16. Reza Qoçannejad, 17. Mehdi Taremi, 19. Majid Hosseini, 21. Aşkan Dejagah

Baş məşqçi: Karluş Keyruş