İqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı elan edilib

402

2017-ci il üçün iqtisadiyyat üzrə “davranış iqtisadiyyatı” Nobel mükafatı bu sahədə tədqiqatlara görə Amerikanın Çikaqo Universitetinin alimi Riçard H. Thalerə verilib.

Bu məlumat İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən keçirilmiş xüsusi tədbirdə elan edilib.

Akademiyanın baş katibi Yoran Xanson tədbirdə çıxış edərək bu alimin apardığı tədqiqatların əhəmiyyətini vurğulayıb. Sonra çıxış edən İsveç Kral Akademiyasının üzviləri Riçard H. Thalerin həyata keçirdiyi elmi tədqiqatlara nəzər salaraq bu iş nəticəsində psixologiyanın iqtisadiyyata necə təsir etdiyini, habelə bu biliklərin irrasional davranışı anlatmaq üçün istifadə edildiyini vurğulanıb.

Xatırladaq ki, iqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafatdır. İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib. Mükafatın builki məbləği 9 milyon İsveç kronu (1,1 milyon dollara) bərabərdir.