İntiqam Soltan  Mingəçevirdə fəaliyyətə başladı

100

 

 

Mədəniyyət naziri Anar Kərimovun 18 noyabr 2022-ci il tarixli əmri ilə Əməkdar artist Həsənli İntiqam Soltan oğlu Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunub. Dünən o, Mədəniyyət Nazirliyinin əməkdaşlarının iştirakı ilə teatrın kollektivinə təqdim olunub.

 

Qeyd edək ki, İntiqam Soltan 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatr sənəti fakültəsində təhsil alıb, 1990-1995-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 1995-2002-ci illərdə Gənclər Teatrında aktyor, 2002-ci ildən bu günə qədər Bakı Uşaq və Gənclər Teatrında direktor-bədii rəhbər vəzifəsində çalışıb. 100-dən çox tamaşanın rejissorudur. Bir çox beynəlxalq festivalda iştirak edib. Onun 1990-cı ildə yaratdığı “Körpəm” Eksperimental Uşaq Teatrı ölkəmizdə ilk peşəkar uşaq teatrı və azyaşlılara teatr sənətini öyrədən ilk müəllif məktəbi olub. Bir çox teatrla bağlı layihələrin müəllifidir. Teatr sahəsindəki uğurlu fəaliyyətinə görə 2016-cı ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Kristal Çinar” mükafatına layiq görülüb. Üç kitabın müəllifidir.

2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” adı ilə təltif olunub.

2018-ci ilin mayında isə teatr sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar artisti” fəxri afı ilə təltif olunub.

2018-ci ildən Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğuldur.

 

Esmira Hidayətova, Mingəçevir