“İnter”lə “Zirə” növbəti mərhələnin bir addımlığında

0
432

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Bakı klubları “İnter”lə “Zirə” fərqli məkanlarda, amma eyni saatda raundu keçməyə çalışacaq. Hər iki komanda matça ilk oyunda əldə etdiyi üstünlüklə başlayacaq.

 

Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparan “Zirə” debüt ilində mərhələ keçməyə çox yaxındı. Evdə 2:0 hesablı qələbəyə sevinən Ayxan Abbasovun yetirmələri Lüksemburqda üstünlüyünü qorumalıdı.

 

Avrokubok təcrübəsi daha çox olan “İnter”in işi də daha asandı. Serbiyada “Mladost”un avrokubok debütünü korlayan “İnter” rəqib meydanındakı 3:0 hesablı qələbənin təsadüf olmadığını sübut etməlidir. Düzdü, bakılıların tur adlamasına yalnız möcüzə mane ola bilər. Ancaq azarkeşlər təmsilçimizdən yenə qələbə gözləyir ki, bu da UEFA reytinqində ölkəmizin xeyrinə olacaq.

 

 

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

6 iyul

 

21:00. “Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan)

İlk oyun – 0:2

 

21:00. “İnter” (Azərbaycan) – “Mladost” (Serbiya)

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 3:0