“İnter” ikinci təsnifat mərhələsinə vəsiqə qazandı

0
437

İyulun 10-da futbol üzrə Avropa Liqası yarışlarının ilkin təsnifat mərhələsinin cavab oyunları keçirilmişdir.
Turnir çərçivəsində Bakının “İnter” komandası Moldovanın “Tiraspol” kollektivi ilə qarşılaşmışdır.

“Şəfa” stadionunda keçirilən oyunun 6-cı dəqiqəsində “Tiraspol”un oyunçusu Ademar hesabı açmışdır. Görüşün 79-cu dəqiqəsində “İnter”in futbolçusu Arif Daşdəmirov hesabı bərabərləşdirmişdir. “Tiraspol”un oyunçusu Laşa Caparidzenin kobud oyunu nəticəsində təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Baçana Sxadadze Bakı komandasını hesabda önə çıxarmışdır. Görüşün 91-ci dəqiqəsində “İnter”in futbolçusu Hüseynpur hesab arasındakı fərqi artırmışdır. Kobud oyuna görə, Moldova təmsilçisinin iki futbolçusu qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılmışdır.
Beləliklə, görüş “İnter”in 3:1 hesablı qələbəsi ilə başa çatmışdır. Komandalar arasında Moldovada keçirilmiş ilk oyunda “İnter” 3:2 hesabı ilə qalib gəlmişdi. İki oyunun nəticəsinə görə, “İnter” Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinə vəsiqə qazanmışdır. Bakı təmsilçisi növbəti mərhələdə İsveçin “Elfsborq” kollektivi ilə qarşılaşacaqdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here