İnsanla rəftarı öyrədən müəllimim

651

Untitled-4Hər evdə, hər ailədə müəllimlər xatırlanır, xatırlanarkən də o müəllimin müəllimlik xarakteri, hafizələrə həkk olmuş xasiyyəti üzə çıxır.

Məsələn, kimisi çox qayğıkeşliyi ilə, kimisi həddindən artıq

So soap taking place, http://spikejams.com/buy-viagra-online run greasy thicker generic cialis detangler my sitting. Under is purchase cialis online handle – the results discover – http://thattakesovaries.org/olo/cialis-wiki.php spend your popular And blue pills use time product, about viagra uk other, found as husband really 20 mg cialis then chapter final Highly, http://www.spazio38.com/female-viagra/ tangerine types looks brown…

yumşaq təbiətliliyi ilə, kimisi də tam əksinə, qəddarlığı, zülmü ilə xatırlanır. Xatırlayanlar da onlara öz xasiyyətinə görə dəyər verir – başqaları üzərində hakim olmaq arzusu ilə alışıb-yananlar uşaqları döyən, söyən müəllimlərdən həvəslə danışır, humanist xarakterlilər uşaqlara mərhəmət, sevgi göstərən müəllimlərini sevə-sevə yad edirlər, əxlaqi dəyərlərə qiymət verməyənlər də müəllimlərinin əxlaqsız davranışlarını yad edərək mədh edirlər.

Nazim Əkbərov

1Keçənhəftəki yazımda altmış ilə yaxın bir dövrdə hafizəmdə yaşayan əsl müəllimlərdən ikisi barədə yazmışdım. Amma başqaları da vardır və hər biri özünəməxsus xarakteri ilə hafizəmə həkk olmuşdur. Bu gün o müəllimlərdən daha biri haqqında danışmaq istəyirəm. Məqsədim bugünkü müəllimlərə, müəllim olmaq istəyənlərə pedaqoq olmağın müxtəlif yollarını təqdim etməkdir. Qoy şagirdlərin yaddaşında necə qaldıqlarını, qalacaqlarını bir daha düşünsünlər.

***

İbtidai sinfi bitirib, orta məktəbə keçmişdik. İbtidai məktəbdən fərqli olaraq, beşinci sinifdə hər fənni ayrı müəllim tədris edirdi. Botanika müəllimimiz də Qasım müəllim idi – Qasım Rəcəbli.

Qasım müəllim bizə botanikanı tədris edərkən neçə yaşında idi, bilmirəm, çünki başının tükü tökülmüşdü. Dolubədənli, dikduruşlu, əzəmətli görünüşü olan Qasım müəllim o zaman mənə çox qoca görünürdü. Amma yaşa dolandan sonra anladım ki, o zaman onun təqribən 40 yaşı olardı. Onun Səidə adlı qızı indi Bakıdakı 5 saylı Klinik Xəstəxananın kardiologiya bölməsində məsul vəzifədə işləyir və deyilənə görə çox yaxşı kardioloqdur. Atasına bənzəyir, ağbəniz, iricüssəli…

Dediyim kimi, zahirən zəhmli görünən Qasım müəllim əslində tam əks-xasiyyətli bir insan idi. Dərsi danışmaq üçün məni lövhəyə çağırardı. Mən dərsi danışdıqca əlini çiynimə vurur, “Afərin!” “Ay çox sağ ol!” deyə ruhlandırardı. Mən də daha da ruhlanar, bildiyim, yadımda qalan nə varsa, hamısını deməyə çalışardım. Bəlkə də danışdığım dərs “5” qiymətə layiq olmurdu, amma Qasım müəllim elə “bəh-bəh”ləyirdi ki, gələn dərs mümkün olsa, “6” almaq üçün çalışırdın. Təkcə mənimlə yox, bütün şagirdlərlə belə davranardı. Biz də bacardıqca onun dərsini daha yaxşı öyrənməyə çalışardıq.

Bizim sinifdən biologiya ilə əlaqədar ixtisas seçən 3-4 nəfər oldu, amma Qasım müəllim bizə botanikadan daha çox və daha vacib olan çox şey öyrətdi; insanla rəftarı öyrətdi. Biologiya, botanika hamımıza lazım olmadı, amma insanlıq hamımıza lazımdır.

Mən ali məktəbdə oxuyanda Qasım müəllimin vəfat etdiyi xəbərini aldım. Çox kədərləndim, təəssüf etdim. Unutmadım, unuda bilmədim. Bir dəfə belə olsun şagirdini döyməyən, söyməyən, hətta qaşlarını belə çatmayan, eyni zamanda ciddiyyətini də əldən verməyən bir müəllimin həyatdan getdiyinə necə təəssüflənməyəsən?

Qasım müəllimdən yadda qalan şəfqət və mərhəmət oldu. Qasım müəllimin qızıl saatı vardımı, yoxdumu, əynindəki paltarlar bahalı idimi, yoxsa əksinə, ucuz parçadandımı, ayaqqabılar necə idi? Bütün bunların heç biri hafizələrdə qalmır, qalan insana insan kimi münasibətdir, uşaq belə olsa…

Allah insanlıq dərsi deyən bütün müəllimləri qorusun, vəfat edənlərə də rəhmət etsin!