İnsan əli ilə tikilən heç bir tikili aydan görülə bilməz

0
313
Bir çox maraqlı məlumatlar var ki, əslində onların doğru olub-olmamağından  xəbərsizik. Hamının doğru qəbul etdiyi ancaq həqiqətin tamamilə fərqli olduğu bir çox faktlar var. Onlardan bəzilərini sizə təqdim edirik.
– Çin Səddinin insanoğlunun inşa etdiyi və aydan görülə bilən tək tikili olduğu düşüncəsi çox məşhur olmasına baxmayaraq, bu fikir doğru deyil. İnsan əli ilə tikilən heç bir tikili aydan görülə bilməz.

– Dünyanın ən təhlükəli canlısı hansıdır sualına nə cavab verərdiniz? Kobra? Əqrəb? Timsah? …. Lakin bunların heç biri deyil. Dünyanın ən təhlükəli heyvanı ağcaqanaddır. İndiyə qədər ölmüş insanların yarısı (təxminən 45 milyard nəfər) dişi ağcaqanadlar tərəfindən öldürülüb. Hazırda isə hər 12 saniyədə bir nəfər ağcaqanad sancması nəticəsində dünyasını dəyişir.

– Dünyada ən uzun yaşayan bitkisi göbələkdir. Oreqondakı Malheur Milli Meşəsində kəsilmiş ağac kötüyünün üzərində böyüyən bal göbələyi (Armillaria ostoyae) indiyə qədər rast gəlinən ən uzunömürlü bitkidir.  Göbələklər 890 hektarlıq bir sahəni əhatə edir və yaşının 2000-8000 arası olduğu güman edilir.

– Qırxayağın latın dilində qarşılığı “yüz ayaq” mənasını verən “centipeda” sözüdür. Ancaq alimlərin araşdırmaları nəticəsində 100 ayaqlı qırxayağa heç rast gəlinməyib.

– Qalaktikanın hansı rəngdə olduğu bir çoxları üçün maraqlıdır. 2002-ci ildə Cons Hopkins Universitetinin amerikalı alimləri və Avstraliya Qırmızı Qalaktikaları Araşdırma Təşkilatı topladığı 200 min qalaktika işığını araşdırdıqdan sonra kainatın açıq yaşıl rəngdə olduğu qənaətinə gəliblər. Ancaq bir neçə həftə sonra tədqiqatlarda səhvə yol verdiklərini və kainatın əslində sarıya yaxın bir rəngdə olduğunu etiraf ediblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here