“İnkişafın yolu mədəniyyətlər arasındakı inteqrasiyadan keçir”

0
636

“KBA”nın satış üzrə vitse-prezidenti Sven Strzelczyk: “Alman kanallarında tez-tez I Avropa Oyunlarının reklamını görürəm. Bu, tək tədbirin deyil, həm də sizin gözəl ölkənizin reklamıdır”.

Dünyaca məşhur, ofset çap avadanlıqları istehsalçısı “KBA” şirkətinin Müstəqil Dövlətlər Birliyi (MDB), Baltik yanıölkələr üzrə nümayəndəliklərinin iclası məhz Bakıda keçirildi. Biz də bu imkandan faydalanaraq, “KBA”nın satışüzrə vitse-prezidenti Sven Strzelczykdən müsahibə aldıq.

– Cənab Strzelczyk, ilk olaraq, “KBA” şirkəti haqqında ətraflı məlumat verməyinizi istərdik.

– “KBA” 1812-ci ildə Almaniyada iki istedadlı mühəndis – Koeniq və Bauer tərəfindən təsis edilən ailə şirkətidir. O vaxt bizim şirkət dünyada ilk dəfə olaraq, buxar çıxışlı çap avadanlığı istehsal edib. Almaniyalı ixtiraçı Johannes Gutenberq və rusiyalıİvan Fyodorovun ixtira etdikləri çap avadanlıqlarından fərqli olaraq, “KBA”nın buxar çıxışlı çap avadanlığı avtomatlaşdırılmışdı. Yəni “KBA” avtomatikləşdirilmiş ilk çap texnikasını hazırlayan şirkətdir.

Məlumat üçün bildirim ki, İngiltərənin “THE TİMES” qəzetinin ilk nömrələri məhz “KBA”nın istehsal etdiyi avadanlıqlardaçap olunub. Hazırda “KBA”nın 157 ölkədənümayəndəliyi var. “KBA”da ümumilikdə 6 mindən artıq insan fəaliyyət göstərir. Bizim şirkət Almaniya birjasında qeydiyyatdadır. Şəffaflıq məsələsində”KBA” dünyanın aparıcışirkətlərindəndir. “KBA” hər növ çap avadanlığı istehsal edir. Nümunə olaraq, bütün növ mətbəə-metal, şüşə, plastik materiallar üzərindəçap işini həyata keçirənofset avadanlıqlarımız var. Eyni zamanda biz hər növ qablaşdırma sahəsinə aid texnologiyaları da hazırlayırıq. Qablaşdırma çapı üzrə istehsal edilən avadanlıqları sahəsindədünya lideriyik. Onu da nəzərinizəçatdırım ki, sizin manatda daxil olmaqla, dünyadakıvalyutanın 90%-i “KBA” avadanlıqlarında çap olunur.”KBA” 203 ildir ki, çap texnologiyalarısahəsində innovasiyalar etməkdə davam edir və bu sahədə qabaqcıl şirkət kimi mövqeyini qoruyur.

– “KBA”nın xarici nümayəndəliklərinin iclasıüçün hansı amillərə görə məhz Bakını seçdiniz?

– Bugünkü iclasımızda MDB, Baltik yanı ölkələr və Bolqarıstandakınümayəndələrimiz iştirak edirlər. Yuxarıda da qeyd etdiyim ki, “KBA” dünyanın əksər ölkələrində təmsil olunur. Bizim xaricdəki nümayəndələrimizlə görüş yeri olaraq Bakını seçməyimizin əsas səbəbi burada yüksək səviyyədə təmsil olunmağımızdır. “KBA” Azərbaycan üzrə rəsmi distribütorumuz olan “Halal-P” şirkətinin xətti ilə ölkədəböyük layihələr həyata keçirir.Bundan başqa, xaricdəki iclaslarımız üçün şəhər seçərkən oranın digər nümayəndələr üçün uyğun olmasıçox önəmlidir. Bakı hamının gəlmək istədiyi şəhərdir. Qeyd etdiyim kimi, nümayəndələrimizləbu formatda ilk olaraq, Bakıda bir araya gəlmişik.

Onu da nəzərinizəçatdırım ki, 2014-cü ilin dekabr ayında Almaniyanın Drezdenşəhərində Heydər Əliyev Fondunun təşəbbüsü iləbeynəlxalq bir tədbir keçirilmişdi. Bu tədbirə bir çox mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Almaniyanın iş adamları da dəvət olunmuşdular. Həmin tədbirdə mən də iştirak edirdim. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovla tanış olub, söhbət etdik. Onunla bir çox məsələlərdə fikirlərimiz üst-üstə düşürdü. Biz həmfikir idik ki, inkişafın yolu ölkələr, mədəniyyətlər arasındakı inteqrasiyadan keçir. Azərbaycana gəlməyimizin digər bir səbəbi dədünyaya açılmaq istəyimizdən irəli gəlir.

– “KBA” 203 il ayaqda qalmağınecə bacarıb?

-”KBA” indi də onu təsis edən ailələrin davamçıları tərəfindən idarə olunur. Şirkətimiz üçün bütün qərarları da həmin şəxslər verirlər. Bizim strateji qərarlar ani qərarlar deyil. Həmin qərarlar gələcəyə hesablanıb. “KBA”nın sahiblərinin əsas məqsədləri illər ötsə də,ailələrindən olan istedadlı insanlarınqurub yaratmalarına şərait yaratmaqdır. Bizim üçün, ilk növbədə,şirkətimizinuzunömürlüolmasıçox önəmlidir. İndi rəqəmsal texnologiyalar bütün sahələrdəçox geniş yayılıb. Bu, bazarın tələbidir. Bizdə özümüzü buna adaptasiya etməyəçalışırıq. Misal üçün, çap işi ilə yanaşı, qablaşdırma sahəsində dəəsas şirkət kimi fəaliyyət göstəririk. Çünki, “KBA”nın proqnozuna görə, dünyada qablaşdırma sahəsinə ehtiyac hər il 4-8% artacaq. Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə apardığımız sorğuların nəticəsi göstərir ki, şirkətlər günü-gündən qablaşdırma işlərinə daha çox maraq göstərirlər. Bu gün qablaşdırma deyildikdə, ancaq məhsulu qutuya yığmaq nəzərdə tutulmur. Çünki qutu həm də reklamdaşıyıcısıdır. Ona görə də istehsalçışirkətlər qablaşdırma işinə xüsusi diqqət ayırırlar. Nəticədə dəməhsullarını daha rahat satırlar. Bütün bunları nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən şirkətlərə qablaşdırma avadanlıqlarımızıtəklif edirik. “KBA” qablaşdırma texnikalarıistehsalçılara elə xüsusi effektlər verə bilər ki, onlar həm qutularını daha cəlbedici edə, həm dərəqabətə davamlılığını artıra bilərlər. Onu da nəzərinizəçatdırım ki, “KBA” periodik çap- yəni, qəzet-jurnal çapı sahəsindədə araşdırmalarını davam etdirir.

– Bu illər ərzində dünya iqtisadiyyatıçox sayda böhranlı illər yaşayıb. “KBA” böhranla mübarizədə hansıüsullardan istifadə edir?

– Nə qədər təəccüblü görünsə də, deməliyəm ki, sonuncu böhran illərində”KBA” daha çox qazanıb.Bunun da bir neçə səbəbləri var. Birincisi, avronun kursunun aşağı düşməsi, qeyri-avrozonalarda satış qabiliyyətimizi artırdı. İkincisi isə, Avropa Bankı maliyyə böhranı başlayandan bərişirkətlərə dəstək məqsədilə hər il 60 milyard avro vəsait ayırır. Qeyd edim ki, bu 60 milyarddan bizə birbaşa pay çatmır. Amma bu yardımdan dolayısilə bizdə faydalanırıq. Belə ki, Almaniya iqtisadiyyatı inkişaf etdikcə, şirkətlər reklama daha çox ehtiyacduyurlar.Reklamüçün dəçap avadanlıqları lazımdır. Beləliklə də, “KBA” məhsullarına ehtiyac yaranır. Eyni zamanda”KBA” qarşısına məqsəd qoyub ki, fəaliyyətini şaxələndirsin.Çalışırıq ki, bir sahəyə, bir ölkəyəfikrimizi cəmləşdirməyək. Misalüçün, 2014-cü ildə məlum səbəblərdən Rusiya və Ukraynadakı fəaliyyətimiz o qədər də uğurlu olmayıb. Bunun müqabilində isə başqa ölkələrdəki fəaliyyətimiz daha uğurlu alınıb. Misal üçün, “KBA” digər dövlətlərdə uduzduqlarınıAzərbaycan kimi sürətlə inkişaf edən ölkələrdə kompensasiya edir. Söhbət ondan gedirki, biz bir yerə fokuslanmamışıq.

Təbiidir ki, böhran ərəfəsində işçi ixtisarından qaçmaq mümkün deyil. Çünki iqtisadi reallıqlar daim dəyişir. Bir az öncə də qeyd etdiyim kimi, bəzi sahələr inkişaf edir, bəzi sahələrə maraq azalır. Misal üçün, qəzet çapı işində vəziyyət son zamanlar o qədər də yaxşı deyil. Ona görə də bizim mətbəə avadanlıqları istehsal edən seximizdə işçilərin 20%-i ixtisar edildi. Ammabunun qarşılığında qablaşdırma avadanlıqlarının istehsalı sahəsindəişimizçoxaldığıüçün aidiyyatı sexlərimizəişçi qəbulu apardıq. Bu sahəyə daha çox sərmayə qoya bildik. Bir növ işimizi günün tələblərinə uyğun adaptasiya etdik.

– “KBA” rəqiblərindən hansı xüsusiyyətlərinə görə fərqlənir ki, qabaqcıllığını qorumağı bacarır?

– Bildiyiniz kimi, heç bir sahə rəqabətsiz inkişaf edə bilməz. Təbiidir ki, bizim də rəqiblərimiz vardır. Amma “KBA” rəqiblərindən ona görə fərqlənir ki, müştərilərinin hər birinin özünəməxsus maraqlarını nəzərə alır. Nəticədə də bizim bütün avadanlıqlarımız fərqli keyfiyyətlərə malikdir.Çünki müştərilərin istəkləri fərqlidir.Hesab edirəm ki, rəqabətə davamlıolmağımızın əsas səbəbi budur.

– “KBA” nə düşünür, onlayn qəzetçilik mətbəə qəzetçiliyini sıradan çıxara biləcəkmi?

– Mən qəzet oxuyuram və inanıram ki, onun gələcəyi var. Ona görə ki, Avropada da qəzetlər onlayn müstəviyə keçdikdən sonra kağız qəzetlərin çapıazaldı. Həmçinin, Baltik yanı ölkələrdə gündəlik qəzetlərindəçapı dayanıb, onlar tamamiləonlayn qəzetçiliyə keçiblər. Amma indi-indi həm Avropada, həm də Baltik yanı ölkələrdəinsanlar bunun səhv olduğunu görürlər. Hazırda Avropada kağız qəzetlərə geridönüş başlayıb. İnsanlar kağız-qəzetlərədaha çox müraciət edirlər. Hesab edirəm ki, bunun da bir çox səbəbləri vardır. Birincisi, kağız halında olan informasiyalara insanlar daha yaxşı istinad edə, orada yazılanlarıdaha dərindən araşdıra, üzərində müəyyən qeydlər edə bilirlər. Onlayn mətnlərin üzərindən isə istər-istəməz səthi keçirsən. Eyni şeyi elmi məqalələr haqqında da demək olar. Bu tip məqalələri də kağız üzərində oxuyanda daha asan qavrayırsan, nəinki elektron formada oxuyanda. Burada bir psixoloji məqamda var: insan kağızda yazılanlara daha çox inanır.

– “KBA” işə qəbulda hansı keyfiyyətlərə sahib insanlara daha çox üstünlük verir?

– Bizə işçi lazım olursa, ilk olaraq, həm internetdə, həm də qəzetlərdə bunun elanlarını yerləşdiririk. Həmin elanlar üzrə bizə müraciət edənlər arasından isə seçim edərkən, onların texniki göstəricilərinə, iş təcrübəsinə, dünyagörüşünə, ən əsası isə onların nə dərəcədə yaradıcı olmalarına daha çox önəm veririk. Çünki “KBA” innovasiyalar sahəsində fəaliyyət göstərir və beynəlxalq şirkətdir. Biz istədiyimiz parametrlərə malik insanları işə qəbul edirik, amma ondan ilkin mərhələdə böyük şeylər gözləmirik. Belə bir deyim var: “Qəhrəmanlar bir günə doğulmurlar. Onların yetişməsi üçün müəyyən müddət lazımdır”.

– “KBA”nın gələcək hədəfləri barəsində də məlumat versəniz, yaxşı olardı.

– Bizim üçün əsas məsələ bazardakı payımızdır. Düzdür, bazardakı hazırkı payımız bizi qane edir. Çünki bu, kifayət qədər yüksəkdir. Amma bu, son deyil. Hesab edirik ki, biz digər ölkələrdəki nümayəndələrimizə dəstəyimizi artırmaqla, hazırkı bazar payını daha da artıra bilərik.

– Bildiyiniz kimi, Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

– Əvvəlcə, onu nəzərinizəçatdırım ki, 1995-ci ildən bu yana müntəzəm olaraq, hər il Bakıya gəlirəm. Azərbaycanın inkişafı, doğrudan da, məni çox sevindirir. Bu gün dünyada çox az şəhər ola bilər ki, Bakı kimi sürətlə inkişaf edir.

Alman kanallarında tez-tez I Avropa Oyunlarının reklamını görürəm. Bu tək tədbirin deyil, həm də sizin gözəl ölkənin reklamıdır. Mədəniyyət tədbirləri kimi, idmantədbirləri dəmillətləri bir-birilərinə yaxınlaşdırır. Biz bunu ancaq alqışlamalı və buna sevinməliyik. Mən sizin ölkənizə görə çox şadam.

Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here