İngilis xoşbəxtliyi

515
“Pulla xoşbəxtlik olmaz” anlayışı rəsmi olaraq bir dövlət tərəfindən inkar edilir. 
İngilislər xoşbəxtliyin pulla əldə olunmasının mümkün olduğuna inanırlar. Ölkənin Milli Statistika Bürosunun araşdırmasına görə, rifah səviyyəsi yüksək olan insanların yaşamaq məmnuniyyəti yüksək, narahatlıqları isə çox aşağıdır. Araşdırma zamanı ingilislərin pul xərclədikcə özlərini daha xoşbəxt hiss etdikləri də məlum olub. Büronun hazırladığı raportda “Gəlir və xərclər aşağı səviyyədən yüksək səviyyəyə qalxdıqca ailələrin rifah səviyyəsi də artır”, – deyə qeyd olunub. Qeyd edək ki, İngiltərədə ailə gəlirlərinin artırılması ölkə siyasətinin də bir nömrəli gündəmidir. Ölkə iqtisadiyyatı son dövrlər güclənsə də, bu hələ sadə vətəndaşların cibində özünü göstərməyib. Hazırda İngiltərədə 1 saat üçün ödənilən minimum əməkhaqqı 10,62 dollardır. Oktyabr ayında bu rəqəmin 11 dollar olacağı gözlənilir. İngiltərədə adambaşına düşən ortalama illik gəlir 44 min 572 dollardır.