Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya kimlər üzv seçiliblər?

201

Mingəçevirdə İctimai Şuraya 9 yer uğrunda 13 nəfər mübarizə apardı.
2022-ci il iyulun 16-da Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib. Səhər saat 10.15-də başlayan və 12.15-dək davam edən seçkilərdə 9 yer uğrunda 13 namizəd mübarizə aparıb. Onlara 138 nəfər səs verib.
Seçki komissiyasının sədri, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov bildirib ki, bütün proses vətəndaş cəmiyyəti nümayəndələrinin gözü qarşısında şəffaf şəraitdə keçirilib: “Hətta səssayma prosesini də namizədlərin iştirakilə apardıq. Düşünürəm ki, şuraya seçkilər VC nümayəndələrinin cəmiyyətdəki mövqelərini ortaya qoydu”.


Sonda Seçki Komissiyasının sədri elan edib ki, Babayev Əbülfət Musa oğlu, Nəbiyev Fərman Bəhram oğlu, Nəbiyeva Yeganə Əkrəm qızı, Şirinov Inqilab Xosrov oğlu, Həsənov Vaqif Yaqub oğlu, Bəndəliyev Əliağa Bəndalı oğlu, Mikayıllı Rizvan Aslan oğlu, Qasımlı Zahid Allahveren oğlu və Tağıyeva Vüsalə Vahid qızı Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya üzv seçiliblər.
Esmira Hidayətova, Mingəçevir