İndoneziyanın ölkəmizdəki səfiri Mingəçevirin sənaye potensialı ilə tanış olur

0
365

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie Mingəçevir şəhərinə səfər edib. Səfər çərçivəsində səfir Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb. Səfir  bildirib ki, Azərbaycanla İndoneziya arasında ticari və iqtisadi əlaqələr ildən-ilə artır. Hazırda İndoneziya Azərbaycandan neft və qaz idxal edir. Səfir həmçinin qeyd edib ki, Mingəçevirə gəlişinin (O illk dəfədir ki, Mingəçevirə səfər edir) məqsədi regionların potensial imkanlarını öyrənməkdir.   O, bu məqsədlə 4 gün ərzində Mingəçevirlə yaxından tanış olacağını söyləyib: “Burada olduğum muddətdə ermənilər tərəfindən işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş insanlarla görüşəcəm. Daha sonra isə Mingəçevirin sənaye potensialı ilə tanış olmaq üçün müəssisələrə baş çəkəcəyəm”.

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirin sənayə şəhəri olduğunu və onlarla əməkdaşlıq etməkdən məmnun olduğunu deyib.

 

Görüş çərçivəsində səfir Husnan Bey Fananie özü ilə gətirdiyi hədiyyəni icra başçısına təqdim edib.

Esmira Hidayətova, Mingəçevir